Son xəbərlər

 

 Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin təşkilatçılığı ilə bir qrup şair və yazıçı  Göyçay şəhərində xalq şairi Rəsul Rzanın ev muzeyini ziyarət etdi. Tədbir iştrakçıları əvvəlcə görkəmli sənətkarın büstü önünə gül dəstələri qoyaraq , onun ölməz sənətindən söz açdılar.

 

      Tədbir çərçivəsində Azərbaycan Respublikasının Əməkdar müəllimi, yazıçı-publisist Səxavət Tağların “Bir nəslin dörd fəsli” adlı kitabının təqdimat mərasımı oldu. Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu, şair və yazıçılardan Valeh Bahaturoğlu, Gülayə, Sədaqət Vəlioğlu, Aqil Kəngərli, Azərbaycan Qızıl  Aypara Cəmiyyətinin  Regional Mərkəzinin  Koordinator- direktoru Vilayət Muradlı, Rəsul Rzanın Ev Muzeyi - nin direktoru Solmaz Həsənova və başqaları çıxış edərək təqdim olunan kitabın məziyyətlərindən söz açdılar, məktəblilər Rəsul Rzanın şerlərindən nümunələr söylədilər. Yazıçı-pedaqoq Səxavət Tağlar tədbirin keçirilməsinə şərait yaradanlara təşəkkürünü bildirdi. Sonda tədbir iştrakçıları muzeyin ekspanatları ilə tanış oldular.

   Həmin gün tədbir iştirakçıları Əli Kərim parkında Əli Kərim, İsgəndər Coşqun və Əli Səmədlinin də qəbrini ziyarət edərək xatirəsini andılar.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə