Son xəbərlər

 

Qara dəniz-Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti, Xalq yazıçısı Çingiz Abdullayev adıçəkilən Fondun Baş Assambleyasının və Direktorlar Şurasının 15-ci sessiyasında iştirak etmək məqsədilə 16-18 iyunda Rumıniyanın Buxarest şəhərində səfərdə olub.

 Səfər çərçivəsində Çingiz Abdullayev, Fondun Baş katibi, Azərbaycan Respublikasının Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov və Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Abdinbəyov Ümummilli lider Heydər Əliyevin Buxarest şəhərinin Heydər Əliyev Xiyabanı - Tei parkında yerləşən büstünü ziyarət ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Rumıniyanın keçmiş prezidenti cənab Trayan Baseskunun, eləcə də Azərbaycan, Türkiyə, Rumıniya, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Moldova və Ukraynanın tanınmış ziyalıları və görkəmli ictimai-siyasi xadimlərinin təşəbbüsü ilə 2009-cu il martın 4-də Buxarest şəhərində Qara dəniz-Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondu yaradılıb. 2011-2015-ci illərdə təşkilata daha 26 ölkə üzv olub. 34 ölkəni öz sıralarında birləşdirən Fond bu gün nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatına çevrilib.
 
Qeyri-hökumət təşkilatı statusuna malik Beynəlxalq Fondun Moskva, İstanbul, Varna, Belqrad və Minskdə də filialları fəaliyyət göstərir. Fond vətəndaş cəmiyyətləri təşkilatlarının fəal iştirakını təşviq etməklə üzv ölkələr arasında əməkdaşlığa, eləcə da xalqlar arasında yaxınlaşmaya töhfə verməklə, özünü regionda sülh, dialoq və dözümlülük, əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə bağlı ciddi təşkilat kimi isbat edib.

BMT, Avropa İttifaqı institutları və digər nüfuzlu beynəlxalq quruluşlarla sıx əməkdaşlıq sayəsində Fond region ölkələrində Avropa ilə əmədaşlığa xidmət edən, milli maraqlara və dünyəvi dəyərlərə söykənən müxtəlif təşəbbüs, konfrans, dəyirmi masalar, simpoziumlar və layihələr həyata keçirir.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə