Son xəbərlər

 

“AybKitab” layihəsində nəşr olunan kitabların bölgələrdə təqdimatı davam edir.

Layihə çərçivəsində nəşr edilən “Qazax mahalının şairləri” adlı almanax iyunun 12-də Qazax rayon Ədəbiyyat Muzeyində keçirilib. Tədbiri Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açıq elan edərək, qonaqları şairlər məkanı olan Qazaxda salamlamaqdan məmnun olduğunu bildirib. O, rayonda aparılan quruculuq və abadlıq işləri haqqında məlumat verərək, mədəni sahənin də inkişafının daimi diqqət mərkəzində olduğunu nəzərə çatdırıb. Bildirib ki, bu cür tədbirlərin həyata keçirilməsi üçün dəstəyini əsirgəməyəcək. Daha sonra tədbiri aparmaq üçün söz AYB-nin Qazax zona filianının sədri Barat Vüsala verilib. Barat Vüsal da filialın uğurları və bölgədə ədəbiyyatın inkişafı haqqında ətraflı məlumat verib. Söz “AybKitab” layihəsinin müəllifi Xəyal Rzaya verilib. Xəyal Rza layihə çərçivəsində görülən işlər və gələcək planlar haqqında iştirakçıları məlumatlandırıb. Qazaxın qocaman şairi Ələddin İncəli kitabdakı şeirlərin hamısının bir-birindən gözəl olmasının səbəbini də işə məsuliyyətlə yanaşmaqda gördüyünü deyib. Tədbirdə həmçinin Tovuz yazar ziyalıları adından İsa Cavadoğlu, Ağstafa ziyalıları adından Firdovsi Heydərli çıxış ediblər. Qazax zona filialının ədəbi məsləhətçisi Mustafa Rasimoğlu da zəhməti keçən hər kəsə minnətdarlıq edib. Bölgənin gənc yazarları adından Taleh Mansur çıxış edərək “Hər qazılan qəbrə bir söz basdırın” şeirini söyləyib. Tədbirin sonunda Qazax Rayon İcra Hakimiyyətinin Başçısı hər kəsə təşəkkür edərək müəllifləri bir daha təbrik edib.
AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə