Son xəbərlər

 

Ankarada Beynəlxalq Türk Mədəniyyəti Qurumu (TÜRKSOY) tərəfindən XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şairi, məşhur siyasi və dövlət xadimi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə 2017-ci ilin “Molla Pənah Vaqif ili” elan edilməsi münasibətilə mərasim təşkil olunub.

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının, Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan Milli Kitabxanasının, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə TÜRKSOY-un qərargahında keçirilən mərasimdə rəsmi şəxslər, diplomatlar, Ankara ictimaiyyətinin tanınmış nümayəndələri, elm və mədəniyyət xadimləri, şeirsevərlər və digər şəxslər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın TÜRKSOY-dakı rəsmi təmsilçisi Elçin Qafarlı “Molla Pənah Vaqif ili” və bu münasibətlə təşkil olunan mərasimlər barədə məlumat verib.

TRT-nin Ankara radiosu Xorunun ifasında Vaqifin “Durnalar” şeirinə bəstələnmiş mahnı səsləndirildikdən sonra Azərbaycan Milli Kitabxanasının arxiv fondunda saxlanılan M.P.Vaqifin, onun haqqında yazılmış, başqa dillərə tərcümə olunmuş əsərlərdən ibarət sərginin açılışı olub.

Rəsmi açılış mərasimində TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Nihat Gül çıxış ediblər.

Çıxışlarda böyük şair Molla Pənah Vaqifin poeziya yaradıcılığı, onun diplomatik səyləri, dövlət işlərindəki uğurları və digər məqamlardan bəhs olunub.

“Molla Pənah Vaqif ili”nin ikinci toplantısı bu gün Türkiyənin Sakarya şəhərində keçiriləcək.

 

AYB.az 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə