Son xəbərlər

 

Bugünlərdə “Ulduz” jurnalının fevral sayı işıq üzü görüb. 

Jurnalın yanvar sayının eksperti olmuş professor Jalə Əliyeva əvvəlcə “Ulduz”un nəşr tarixindən söz açır:
 
“50 ildir yandırdığı, çatıb-alovlandırdığı ocağın istisində nəsillər yetirən və qayğıkeşliyi, səmimiliyi, dostyana-ərkyana münasibəti ilə sözün əsl mənasında, ədəbi-bədii gəncliyin sığındığı, üz tutduğu, ümidlə pənah gətirdiyi isti bir yuvaya çevrilən “Ulduz” bu gün də öz müqəddəs missiyasını şərəflə yerinə yetirir... Budur, o, yenə də ayaqdadır, gəncliyin önündədir, ona dəstək, arxa-dayaq duranların cərgəsindədir”.

Ekspert rəyini Günel Natiqin “özüylə söhbəti” və hekayələri izləyir.

“Şeir vaxtı” Rəşad Nağı Mustafa, Elşən Mehdi, Pərviz Arif və Elnur Uğurun ixtiyarına verilib.

Əfsanənin “Oyuq”, “Azadlıq pərisi”, Tural İsmayılovun “Aişənin romanı”, İlhamə Nasirin “Atamın çiçək qızı” və Dəniz Pənahın “Pərdə” hekayələri “Nəsr” bölməsində yer alıb.

“Tərcümə saatı” bölümündə Xatirə Xatunun çevirdiyi, Corc Oruelin “Tolstoy və Şekspir” məqaləsi öz əksini tapıb.

“Təbriz eli” rubrikasında Ümid Nəccarinin şeirləri, “Qürbət hekayələri” bölməsində Yaşar Süleymanlının “Torpaq o qədər bərk idi ki” hekayəsi var.

Aydın Canıyevin “Kəramətli yazı”, Camal Yusifzadənin “Azadlığa gedən yolda”, Arzu Muradın “Küçələrə su səpmişəm” esseləri də jurnalın bu sayında dərc olunub.

“Debüt” rubrikasında Seymur Hüseynovun “Balaca Yossinin qeydləri” hekayəsi və Könül Eldarqızının şeirləri verilib.

Cəlal Məmmədov “Qısa fikirlər xəzinəsi” bölməsində Fridrix Nitsşenin kəlamlarını təqdim edib.

“Hücrə”də Qəşəm Nəcəfzadədir, o, “Ay Bəniz Əlyar və onun yeddi şəkli”ndən danışıb.

“Tribuna” bölməsindəki “Doğrayın müharibə sözünü” yazısında Mərziyyə Nəcəfova mərhum şairə Nurəngiz Günün poeziyasından bəhs edir.

“Dərgidə kitab” layihəsinin fevral qonağı Gülnar Səmadır.

MÜŞFİQ

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə