Son xəbərlər

 

Şair Səlim Babullaoğlu 02-05 may 2017-ci il tarixində Kişinyov şəhərində gerçəkləşəcək "Şairlərin Avropa Baharı” VII Beynəlxalq Poeziya Festivalına dəvət alıb. 

Səlim Babullaoğlu əməkdaşımıza açıqlamasında  deyib ki, o festival çərçivəsində "Avropa dialoqları: şairlər və tərcüməçilər" adlı dəyirmi masaya, "Şair və hakimiyyət" mövzusunda simpoziuma, eləcə də bir neçə ünvanda gerçəkləşəcək şeir tədbirlərinə də qatılacaq. Məni bu tədbirə  Moldova Yazıçılar Birliyinin katibi, görkəmli moldav şairi Nikolay Spetar dəvət edib. Səlim Babullaoğlu bildirib ki, ola bilsin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin işi ilə bağlı da bir çox ikitərəfli görüşlər də keçirilsin.

  Aldığımız məlumata görə "Şairlərin Avropa Baharı” VII Beynəlxalq Poeziya Festivalında Avropanın 11 ölkəsindən  30-a yaxın şair, o cümlədən Yan Mışkin (Fransa), Mixael Vandebril (Belçika), Antanas Yoninas (Litva), Petr Borkovec (Çexiya), Volodimir Danilenko və Volodimir Poiata (Ukrayna), Müesser Yeniay və Efe Duyan (Türkiyə), Zoran Peşiç Sigma (Serbiya),  Doina İoanid, Nikita Danilov, Victor Munteanu, Dumitru Braneanu, Florina Zaharia, Aurel Ştefanaçi, Denisa Duran (Rumıniya) və İlie T.Zegrea (Albaniya) iştirak edəcəklər.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə