Son xəbərlər

 

ATV-nin “Parlaq imzalar”la birgə “ATV Kitab" seriyasının layihəsi çərçivəsində silsilənin növbəti 13-ci nəşri-  müasir ədəbiyyatımızın istedadlı imzalarından olan  yazıçı Ülviyyə Tahirin “Ortaq şəhər “ adlı  hekayələr toplusu işıq üzü görüb. Kitaba müəllifin  gündəlik həyatımızın sosial-ictimai psixoloji problemlərindən bəhs edən 20 hekayəsi daxil edilib.

 

“Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariq hesab edir ki, Ülviyyə Tahir “kiçik janrln”- hekayə janrının uğurlu nümayəndəsidir. Onun yaratdığı obrazlarda insanı bütan bəşəri yönləri ilə görmək olar.

 “ATV” layihəsinin rəhbəri Səlim Babullaoğlu hesab edir ki, Ülviyyə xanımın bədii dili olduqca oxunaqlı və real təsir bağışlayır. Fikrimcə, bu Ülviyyə xanımın həm də təsvir etdiyi situasiya ilə “həmdərd” ola bilməsi ilə bağlıdır, onun insan və vətəndaş kimi yüksək mənəvi əyarından xəbər verir: “İnanıram bir çox keyfiyyətləri ilə yanaşı məhz bu məqam onun kitabının sevilə-sevilə oxunmasına gətirib çıxaracaq...”

Qeyd edək ki, “ATV kitab” seriyası ilə “Parlaq imzalar” nəşriyyatının birgə layihəsi əsasında nəşr olunan kitabların redaksiya heyətinə Vüqar Qaradağlı (sədr), Məsiağa Məhəmmədi, Cavanşir Yusifli, İlqar Fəhmi, Etibar Babayev, Səlim Babullaoğlu (layihə rəhbəri), Seyfəddin Hüseynli və Dilman Şahmərdanlı da daxildir.

Kitab üzərində İsmayıl Süleymanlı, Toğrul Musayev, Azər Əsgərzadə və  Sevda Məmmədova çalışıblar.

Kitabı şəhərin əksər kitab dükanlarından əldə etmək olar. Eyni zamanda internet üzərindən www.parlaqimzalar.az saytından və 055 259 72 59 telefon nömrəsi ilə də sifariş edə bilərsiz.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə