28 May Respublika günü münsibətilə Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi,Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi və S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin birgə təşkilatçıllığı ilə Sumqayıt “Poeziya evi”ndə “Sabir Sarvan adına Uşaq Poeziya Teatrı”nın ilk çıxışı oldu.
AYB Sumqayıt bölməsinin müəllifi, sabiq sədri, mərhum şair Sabir Sarvanın ruhu bir dəqiqəlik sükutla yad edildi və bildirildi ki, uşaq poeziya teatrı yaratmaq məhz onun arzusu və ideyası idi.
Yaratdı,lakin amansız əcəl imkan vermədi ona öz arzularını həyata keçirməyə.Bu gün vətənpərvərlik ruhunda belə bir kompozisiyanı ərsəyə gətirən, yetirmələri olan balaca fidanlar, şairin ideyası və rəhbərliyi əsasında yaradılmış bu teatra Sabir Sarvan adının verilməsinin məhz onların arzu və istəyinin əsasında olduğunu xüsusi olaraq vurğuladılar.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov çıxış edərək Sabir Sarvanın xatirəsinə göstərdikləri hormət və sədaqətə görə körpə balalara, tədbirin təşkilatçılarına təşəkkür etdi və Sabir Sarvanı hər kəsdən fərqləndirən xüsusiyytətlərindən, şairlə bağlı xatirələrindən danışaraq, onun tərəfindən yaradılıb, hazırda şairin adını daşıyan “Sabir Sarvan adına Uşaq Poeziya Teatrı”nına uğurlar diləyib, xoş arzularını çatdırdı.
“Vətənə can demişik, Azərbaycan demişik” adlı kompozisiyada“Sabir Sarvan adına Uşaq Poeziya Teatrı”nın üzvləri İlahə Bağıyeva, Samirə İsmayılova, Ayan Ağayeva, İsmayıl Hüseynov, Zəhra Bəşirli, Aytac Hüseynli, Aynur Kərimova, Mirvüqar Seyidzadə, Xoşqədəm Bağıyeva və Səadət İsmayılovanın ifasında görkəmli şairlərdən Əhməd Cavadın, Almas İldırımın, Məhəmmədhüseyn Şəhriyarın, Abbas Səhhətin, Tofiq Fikrətin, Səməd Vurğunun, Sabir Sarvanın, Məmməd İlqarın və digər şairlərin şeirləri dinlənildi və tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Yazıçı,jurnalist Hafiz Nəzərli, AYB Sumqayıt bölməsinin məsləhətçisi Gülnarə Cəmaləddin çıxış edərək belə tədbirlərin davamlı olacağını, “Sabir Sarvan adına Uşaq Poeziya Teatrı”nın daha böyük layihələrə imza atacağını söylədilər.