Son xəbərlər

 
Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Marta Qalindo Penya Azərbaycan Yazıçılar Birliyini ziyarət edib. Xanım Marta Qalindo Penya Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüşüb. Görüşdə Bədi Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu da iştirak edib. Xanım Marta Penya Azərbaycan YazıçılarBirliyinin Azərbaycan tarixi, xüsusən XX yüz il Azərbaycan mədəni həyatı üçün əhəmiyyətli bir qurum olduğunu, böyük işlər gördüyünü və onun da bu işlərdən xəbərdar olduğunu söyləyib. Daha sonra Kolumbiya –Azərbaycan ədəbi əlaqələrinin inkişafı perspektivləri, bütövlükdə ispan dilli ədəbiyyatın dünyadakı yeri, yeni nümunələrin Azərbaycan dilinə tərcüməsi və Azərbaycan ədəbiyyatının tanıdılması imkanları müzakirə edilib. Görüşün sonunda xanım Marta Qalindo Penyaya Azərbaycan ədəbiyyatı nümunələrinin ingilis dilində olan versiyaları təqdim edilib.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə