Son xəbərlər

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü Vüqar Haqverdiyevin uşaqlar üçün yazdığı “Müasir nağıllar” kitabı işıq üzü görüb.

 

Kitab görkəmli ədəbiyyatşünas alim, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin redaktorluğu ilə “Nafta-Press” nəşriyyatı tərəfindən nəşr edilib. Nəşrə müəllifin son illər yazdığı əsərlər, o cümlədən  Azərbaycan uşaq ədəbiy­yatının inki­şafı ilə bağlı ölkədə keçirilmiş mötəbər nağıl müsabi­qə­lərində yüksək yerlərə layiq görülmüş nağıllar daxil edilib. 

Kitabda yer almış nağıllar uşaqlar üçün böyük tərbiyəvi əhəmiyyət daşımaqla bərabər həm də mövzu, ideya, məzmun, süjet baxımından müasirliyi və orijinallığı ilə seçilir. Müəllifin özü tərəfindən süjetlərə uy­ğun olaraq çəkilmiş rəngli şəkillər isə nağıllardakı obrazları və hadisələri daha aydın təsəvvür etməyə kömək edir.

Qeyd edək ki, Vüqar Haqverdiyev Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Aparatının Elm və Təhsil İdarəsinin rəis müavinidir. V.Haqverdiyev ölkədə keçirilmiş “Müasir uşaq nağılı” müsabiqələrində, eləcə də jurnalist yazı müsabiqələrində dəfələrlə yüksək yerlərə layiq görülüb

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə