Son xəbərlər

 

Ankarada İkinci Beynəlxalq “Dədə Qorqud” teatr əsərləri müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqənin qalibləri arasında həmyerlimiz Pərvin Nurəliyeva da var.

 

AzərTAc xəbər verir ki, müsabiqə TÜRKSOY ilə Avrasiya Yazıçılar Birliyi tərəfindən birgə təşkil olunub.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Ankaradakı mənzil-qərargahında keçirilən mərasimində çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayman və digərləri bu cür müsabiqələrin türk dünyasının qardaş xalqları arasında əlaqələrin daha da möhkəmlənməsinə, türk mədəniyyətinin təbliği işinə mühüm töhfə verdiyini bildirdilər.

Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu məlumat verib ki, 48 əsərin təqdim edildiyi müsabiqənin qalibləri arasında tanınmış yazıçılarla yanaşı, gənc qələm sahibləri də var. Münsiflər heyətinin üzvləri qalibləri müəyyənləşdirərkən bir-birindən maraqlı əsərlərlə tanış olublar.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə