18 noyabr 2016-cı il  tarixdə  Beyləqan rayon Mədəniyyət Mərkəzində Beyləqan  Mədəniyyət və  Turizm  şöbəsinin  və Azərbaycan  Yazıçılar Birliyinin Beyləqan Bölməsinin təşkilatçılığı ilə  şairə Lalə  Osmanqızının  “Qar  çiçəyi” adlı  ədəbi-bədii kompazisiyalı  yaradıcılıq  tədbiri keşirildi. Tədbirdə  Beyləqan  Mədəniyyət Mərkəzinin  işçiləri,  AYB-nin  Beyləan Bölməsinin üzvləri,  sənədçilər və bir çox  ziyalılar iştirak etdilər.

Ardını oxu...

05.07.2016-cı il tarixdə Azərbaycan Yazıçılar Birliyinin Beyləqan bölməsinin təşkilatçılığı ilə  Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemenin oxu zalında bölmənin sədri, yazıçı-publisist, şair Asif Cəfərlinin “Səma şairi” şeirlər kitabının təqdimatı oldu.

Ardını oxu...



27 may 2016-cı il  tarixdə  AYB-nin  Beyləqan  bölməsinin təşkilatçılığı ilə  Beyləqan  Diyarşunaslıq muzeyinin  akt zalında tədbir keçirildi.  Tədbirdə  Beyləqan Diyarşunaslıq muzeyinin  əməkdaşları, şair və yazıçılar, rayon  ictimayətinin nümayəndələri və  şəhər 4 saylı  məktəbin şagird və müəllimləri iştirak etdilər.

İclası  giriş sözü ilə  muzeyin direktoru Mehriban xanım açdı. O, XX əsrin əvvəllərində Qafqazda olan  ictimai-siyasi vəziyyətdən danışdı. Sonra  söz AYB-nin Beyləqan bölməsinin  sədri Asif  Cəfərliyə verildi.  A.Cəfərli  uzun illərdən sonra  Azərbaycanın  məhs bu illərdə  çiçəklənməsinin azadlıq, müstəqillik ruhundan danışdı.  Şərgin ilk  müstəqil dövləti olan Azərbaycan Xalq Cümhuriyyətindən tarixi faktlarla danışıb misallar gətirdi. Sonra  muzeyin əməkdaşları  müstəgil  dövlətin azadlıq bəyannaməsi  haqqında məlumat verdi.  Muzeyin əməkdaşı   Müstəgil dövlətin ordu quruculuğu  haqqında  məlumat  verdi.  AYB-nin üzvü E.İsrafiloğlu müstəqillik dövründə Mədəniyyətimizin, təhsilimizin,  iqtisadiyyatımızın inkişafı və yolları haqqında məlumat verdi. Sonra AYB-nin  üzvü  Fazil Əsəd Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti haqqında geniş məlumat verdi. Şairlərdən  Feyruz Hilaloğlu, Ağa Savalan,  Rövşən Budaq Allahverdi Kərimoğlu, Tahir Həsənov,  Mirvari Qarabağlı və başqa  şair və yazıçılarımız  Müstəqil Respublikamızın gündən günə çiçəklənməsini qeyd etdilər, Müstəqilliyimizin əbədi olmasını arzuladılar.   Çıxışlardan sonra şəhər 4 nömrəli  məktəbin şagirdlərinin hazırladıqları müstəqilliyi haqqında kompozisiyalar, şeirlər səsləndirdilər.  Məktəblilərin xor qrupunun hazırladıqları mahnılar ürəkləri fəth etdi. 4 nömrəli məktəbin şagirdlərindən  yüksək zövq ilə  hazırladıqları kompozisiyalara görə  mükafatlandırıldı.

AYB Beyləqan bölməsi




22 aprel 2016-cı ildə AYB-nin  Beyləqan bölməsinin təşkilatçılığı ilə Beyləqan Tarix  Diyarşunaslıq  muzeyi və Beyləqan Gənclərinin  Maarifləndirilməsi Birliyi yaratmış olduğu “Əsgər  poçtu”na məktəblilər tərəfindən göndərilmiş məktubları poçt qutusundan  çıxarıldı.

Ardını oxu...



08.04.2016-cı il  tarixdə  AYB-nin  Beyləqan  bölməsinin və  Beyləqan Gənclərinin  Maariflənməsi İctimai Birliyinin təşəbbüsü ilə  Beyləqan rayon  Peşə  məktəbinin  əməkdaşları, Beyləqan  rayon  MKS-nin əməkdaşları və  Beyləqan rayon Uşaq Yaradıcılıq Mərkəzinin əməkdaşlarının  iştirakı ilə  cəbhə bölgəsinə  yaxın  ərazidə  yerləşən  Hərbi  Hospitalda son günlərdə məlum  erməni terrorçularının təxribatı ilə Azərbaycanın ayrılmaz hissəsi olan  doğma Qarabağımızda  qoşunların təmas xəttində dinc əhaliyə qarşı  hücum edən mənfur düşmənlərimizlə döyüşdə yaralanmış hərbiçilərimizlə görüş  keçirildi.  Görüşdə Hərbi Hospitalın rəisi yaralı əsgərlərimizin yüksək səviyyədə  müalicə olunduğunu xüsusi qayğı ilə təmin olunduqlarını söyləyərək  görüşə gəlmiş bütün  iştirakçılara minnətdarlığını bildirdi.  Sonra Beyləqan rayon Peşə məktəbinin direktoru Nazim Məmmədov çıxış edərək  tezliklə yaralı hərbiçilərimizin sağalıb hərbi hissələrdə  yüksək əhval ruhiyyələ  Vətən uğrunda, qələbə uğrunda xidmət etmələrini arzuladı.

Ardını oxu...



AYB-nin Beyləqan bölməsi Xocalı  soyqırımı  ərəfəsində bu  münasibətilə  Füzuli, Xocavənd və Beyləqan rayonunun  qəsəbə və məktəblərində  “Yaddan çıxmaz Qarabağ”  lahiyəsinə start verib. 

Ardını oxu...