Son xəbərlər

 



22 aprel 2016-cı ildə AYB-nin  Beyləqan bölməsinin təşkilatçılığı ilə Beyləqan Tarix  Diyarşunaslıq  muzeyi və Beyləqan Gənclərinin  Maarifləndirilməsi Birliyi yaratmış olduğu “Əsgər  poçtu”na məktəblilər tərəfindən göndərilmiş məktubları poçt qutusundan  çıxarıldı.

Poçt qutusuna rayonun şəhər və kənd məktəblərindən, uşaq təşkilatlarından mindən artıq məktub  toplanmışdır. Fidan balalarımızın  yazmış olduqları rəngarəng məktublar, rəngarəng konvertlər, paketlər hər birimizdə  bir ruh yüksəkliyi yaratdı.  Məktublar hamısı bir yerə toplandıqdan sonra  Beyləqan Tarix Diyarşunaslıq muzeyinin direktoru M.İsgəndərova, muzey bələdçiləri, AYB-nin Beyləqan  bölmsi üzvləri, Beyləqan Gənclərinin Maarifləndirilməsi və  Sosial İnkişafı İctimai  Birliyinin üzvləri iştirakı ilə “N” saylı hərbi hissələrə aparıldı. Hərbi  hissə komandirləri yüksək ruh yüksəkliyi ilə  qarşılandılar və  ordumuza mənəvi dəstək olunduğu üçün  minnətdarlıqlarını  bildirdilər.

AYB-nin Beyləqan bölməsi

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə