Son xəbərlər

 



01 may 2015-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində “Ədəbi nümunələrdə Heydər Əliyev”  mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözüylə AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynova açıb. Qeyd edib ki,  Ümummilli  lider Heydər Əliyevin həyat və yaradıcılığı qələm sahibləri üçün tükənməz mövzudur. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, Beynəlxalq “Altın Yıldız” medalına layiq görülmüş yazıçı Qərib Mehdi də Ulu Öndərin ədəbiyyata olan sevgisindən və qayğısından danışıb.  
    Daha sonra Firəngiz İdrisqızının rəhbərliyi ilə Gəncə Dövlət Universitetində fəaliyyət göstərən “Gəncliyin səsi” ədəbi dərnəyinin yetirməsi olan, AYB üzvü və Prezident təqaüdçüsü Xəyalə Sevilin  yeni nəşr olunmuş “Saçlarıma ay qonub” kitabının  təqdimatı keçirilib.  
    Gəncə ədəbi mühitinin görkəmli nümayəndələri- Prezident təqaüdçüsü Aləmzər Əlizadə,  Sahib İbrahimli, İnqilab İsaq, Ramiz Təmkin, Oqtay Abdulla, Almaz Yusifqızı öz çıxışlarında  Xəyalənin istedadından və özünəməxsus üslubundan danışıblar. Firəngiz İdrisqızı  gənc şairin “Gəncliyin səsi” dərnəyindəki fəallığını, Elməddin Nicat və Vüsal İsgəndərli isə dərnəyin Xəyalənin yaradıcılığına təsirini xüsusi qeyd ediblər.
    Tədbirdə gənclərdən AYB və DGTYB üzvü Şəfa Vəli, Faiq Abdullayev, Aytac  Məmmədova, Təhminə Məmmədova, Elvin Mustafayev, Samirə Səma, Gülnarə Sadiq, həmçinin, Aşıq Elbrus da iştirak ediblər.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə