Son xəbərlər

 

İlk budağı İlqar Fəhminin “ekspert” çiçəyi ilə ətir saçır. “Fevral “Ulduzu” mart qeydləri” adlı yazıda İlqar Fəhmi ötən nömrədə dərc olunmuş bədii nümunələrdən çələng düzəldib. Kimini yaxşıca tənqid edib, kimini də tərifləyib. Mütləq oxuyun!

 

Çəkilib bir küncə “özüylə söhbət” edən Vəli Xan  könlünün pəncərələrini açıb, qaranquş qəzəlləri səhifələrdə uçuşur.

“Bu yaz bir başqa yazdı... ” Jurnal da başqa şurlandı. Yeni bənövşələri sizə təqdim edir: Nigar İsmayıl, Firəngiz Ağalar.

“Şeir Vaxt”ı Nurlan Umudla quruldu.

“Tərcümə saatı”ında  J. W. Goethe  Alman dəqiqliyi ilə öz poetikasını təqdim  edir.

Nərgiz İsmayılın “Gilənar rənginə boyanmış ovuclar”ı ağzınızı dada gətirəcək.

“Təbriz Eli”ndə də yazdı. Süleyman Cəfərinin bahar müşdəli könlü uçur.      

“Dərgidə Kitab” da əsil yaz  havasıdı.  İkinci Mahmud  sizi “Tanımal Mustafa”yla tanış edəcək.

Jurnal bu fəsldə də bar gətirdi:  Anarın “ DƏDƏ QORQUD OĞUZNAMƏLƏRİ” kitabı,  Əjdər Olun    “ÖMÜR ELƏ BUDUR, BU!” CD-si  ruhunuzun qidası olsun.

Bu sizin jarnalınızdı. Abunə olmağı unutmayın!

“QAYA”

(012) 564 63 45

“AZƏRMƏTBUATYAYIM”

(012)  440 27 85, 440 39 83, 440 46 94

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə