Son xəbərlər

 


    AYB.az saytı xəbər verir ki, aprel ayının 10-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Könül Həsənqulunun “O zəminin sahili...” kitabının imza günü keçirilib.

 

    Kitab Azərbaycan Yazıçılar Birliyinin aybKitab layihəsinin nəşridir.

Layihənin rəhbəri Xəyal Rza, kitabın redaktoru Fərid Hüseyn, korrektoru Lətafət Səmədovadır. Kitabın üz qabığındakı foto Peyke Koxundur.

    Könül Həsənqulunun şeirləri mütəmadi olaraq qəzet və jurnallarda, bədii antologiyalarda müxtəlif dillərdə dərc olunur. Müəllifin “Sol çiynində qarğa gəzdirən qızcığaz” adlı kitabı “Ulduz” jurnalının “Dərgidə kitab” layihəsində çap olunub.

    Könül Həsənqulunun AybKitab layihəsinin nəşri olan “O zəminin sahili...” adlı ilk kitabı müxtəlif bölmələr daxilində verilmiş, bir-birindən fərqli mövzulara aid şeirlərdən ibarətdir.

     Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyi Mətbuat Xidmətinin rəhbəri, şair Xəyal Rza qonaqları salamladıqdan sonra layinə, təqdim olunan kitab haqqında iştirakçılara məlumat verib.   

    Mərasimdə iştirak edənlər – Vaqif Yusifli, Kəmalə Abiyeva, Həyat Şəmi, Qan Tural, Fərid Hüseyn, Qulu Ağsəs, Səlim Babullaoğlu, Cavanşir Yusifli və başqa yazarlar müəllifi növbəti kitabının işıq üzü görməsi münasibətilə təbrik ediblər, ona yaradıcılıq uğurları arzulayıblar.

    Tədbirin sonunda çıxış edən Könül Həsənqulu kitabının çapına görə ayb.Kitab layihəsinin rəhbəri Xəyal Rzaya, tədbirin keçirilməsinə yaratdıqları şəraitə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara təşəkkürünü bildirib, kitablarını imzalayaraq oxuculara təqdim edib.

 

   AYB.az

Məlahət Qənbərova

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə