Son xəbərlər

 

AYB.az xəbər verir ki, Belarusiyada yeni nəşr edilmiş iki almanax kitabda Azərbaycanın tanınmış şairlərinin də əsərləri yer alıb.

Belaruslu şair və tərcüməçi Tatyana Siveçin müəllifi olduğu “Разняволенасць” (“Elastiklik”) adlı almanaxda müxtəlif xalqların nümayəndələrinin şeirlərinin belarus dilinə tərcümə olunmuş variantı yer alıb. “Ulduz” nəşriyyat evi tərəfindən nəfis tərtibatda çap olunmuş bu şeirlər kitabına Bəxtiyar Vahabzadə, Çingiz Əlioğlu və Leyla Əliyevanın şeirləri daxil edilib. Bundan öncə Leyla Əliyevanın şeirləri səfirliyin dəstəyi və təşəbbüsü ilə belarus və rus dillrədində dövri mətbuatda mütəmadi olaraq nəşr edilib. Kitab Minsk şəhərində keçirilmiş 23-ü beynəlxalq kitab sərgisi günlərində tərcüməçi şair T.Siveç tərəfindən Belarus ictimaiyyətinə təqdim olunub. Səfirlikdən AYB.az-a bildirilib ki, hazırda Leyla Əliyevanın şeirlərinin ayrıca kitab şəklində nəşri üzərində işlər aparılır və yaxın gələcəkdə kitab çap olunaraq Belarus oxucularının, ədəbiyyatsevərlərin diqqətinə çatdırılacaq. Qeyd edək ki, “Ulduz” nəşriyat evi tərəfindən Azərbaycan və Belarus yazıçılarının “Счастливая встреча» (“Xoşbəxt gülüş”) adlı əsərlər toplusu da nəşr edilib. “Xoşbəxt gülüş”də belaruslu oxuculara Anar, Çingiz Əlioğlu, Natiq Rəsulzadə, Fikrət Qoca, Elçin Hüseynbəyli, Qəşəm Nəcəfzadə, Afaq Məsud, Elxan Zal, Günel Anarqızı, Səlim Babullaoğlu, Kamil Əfsaroğlu, Qulu Ağsəs kimi önəmli imzaların əsərləri təqdim edilib.

 

AYB.az

 

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə