Son xəbərlər

 
“AybKitab” layihəsində nəşr olunan kitabların bölgələrdə təqdimatı davam edir. 11 iyul 2016-cı il tarixində Tovuz rayon Heydər Əliyev Mərkəzində Tovuzun gənc yazarı Gülnar Səmanın bu layihədə çap olunan “Gül” şeirlər kitabının imza günü keçirilib. Tovuz rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilati dəstəyi ilə gerçəkləşən imza günündə ədəbiyyatsevərlər bir araya gəliblər. Tədbirin aparıcısı Tovuz rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Adil Həsənov müəllif haqqında iştirakçılara məlumat verərək, ilk sözü AYB-nin Qazax zona filialının sədri Barat Vüsala verib. Daha sonra Tovuzun millət vəkili Qənirə Paşayeva belə bir tədbirin Tovuz rayonunda təşkil olunmasını gənclərə dövlət qayğısının bariz nümunəsi kimi səciyyələndirib. AYB-nin mətbuat katibi və layihənin rəhbəri Xəyal Rza layihə haqqında ətraflı məlumat verərək, hər bir istedadlı müəllifə layihənin qapılarının açıq olduğunu qeyd edib. Qazaxın, Ağstafanın ziyalıları da təbrikə qoşulublar. Tovuzun bir çox yazarları, o cümlədən İsa Cavadoğlu da bu tədbiri əsl poeziya bayramı kimi dəyərləndirib. Gülnar Səmanın ustadı Əbülfət İslam yetirməsinin bu cür uğurlarına çox sevindiyini bildirib, dəstək olan hər kəsə minnətdarlıq etib. Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Tovuz rayon Mərkəzi Kitabxanasının müdiri Güldərən İbrahimova, “Tovuz” qəzetinin baş redaktoru Çingiz Qəribli də təbriklərini çatdırıb. Müəllifin gənc qələm dostları da ona yeni yaradıcılıq uğurları arzulayıblar. Sonda müəllif tədbirin yüksək səviyyədə keçməsinə görə əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib.
AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə