Son xəbərlər

 

Azərbaycanın böyük və qədim şəhərlərindən biri olan Gəncə şəhərinin YUNESKO tərəfindən Dünya Kitab Paytaxtı elan edilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin YUNESKO yanında Daimi Nümayəndəliyi tərəfindən müvafiq sənədlər hazırlanmış və YUNESKO-ya təqdim edilib.

Nazirlikdən verilən məlumata görə, YUNESKO Baş Konfransının 2 noyabr 2001-ci ildə qəbul etdiyi qətnaməyə əsasən hər il Dünya Kitab Paytaxtı nominasiyası elan olunur. 

Dünya Kitab Paytaxtı konsepsiyası YUNESKO tərəfindən 1996-cı ildə elan olunmuş Dünya Kitab və Müəllif Hüququ gününə əsaslanır. 
Kitab sənayesinin üç əsas sahəsini təmsilı edən beynəlxalq təşkilatların iştirakını təmin etmək məqsədilə Beynəlxalq Naşirlər Assosiasiyası, Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyası, Beynəlxalq Kitab Satıcıları Federasiyası və YUNESKO-nun nümayəndələrindən ibarət komitə yaradılmışdır ki, həmin komitə də təqdim olunan nominasiyaları qiymətləndirir.(525.az)
AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə