Son xəbərlər

 

Özbəkistandakı Azərbaycan səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın Xalq yazıçısı Anarın seçilmiş əsərlərindən ibarət "Mən, sən, o və telefon" adlı kitabı çapdan çıxıb.

Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, kitabda yazıçının seçilmiş əsərləri - "Dantenin yubileyi", "Qarderobçu xanımın hekayəsi", "Mən, sən, o və telefon", "Gürcü familiyası", "Yaxşı padşax haqqında nağıl", Dədə Qorqud" əsərləri toplanıb.

Bundan başqa, Anarın hikmətli sözləri, Anarın həyat və yaradıcılığının mühüm dövrləri, habelə tanınmış yazıçının yaradıcılığı haqqında görkəmli şəxslərin fikirləri yer alıb.

Bu bölmədə Heydər Əliyevin Anarın yaradıcılığı haqqında fikrləri, habelə Azərbaycan və dünyada tanınmış şəxsiyyətlərin yazıçı haqqında söylədikləri öz əksini tapıb.

Kitaba ön sözün müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.

Ön sözdə qeyd olunur ki, Azərbaycan ədəbiyyatının tanınmış yazıçısı Anarın əsərləri özbək oxucuları arasında rəğbət qazanmış və qısa müddətdə seviib.

Yazıçının "Ağ körfəz", "Beş mərtəbəli evin altıncı mərtəbəsi", "Qırmızı limuzin" əsərləri qardaş ölkədə populyarlıq qazanıb.

Ön sözdə Anarın müasir Azərbaycan ədəbiyyatında xidmətləri xüsusi qeyd olunur və hekayələr, romanlar, dram əsərləri, ssenarilər yazan istedadlı yazıçının ədəbi tənqid, ədəbiyyatşünaslıq, bədii publisistika sahəsində məqalələri, habelə tərcüməçilik fəaliyyəti barədə məlumat verilir. Çoxsaylı filmlərin ssenari müəllifi olan yazıçının əsərlərinə nəzər salınır.

Kitab Daşkənddəki "Davr press" nəşriyyat evində çap olunub. "Dünya ədəbiyyatı xəzinəsindən" seriyasında nəşr edilən kitabın tərcüməçisi tanınmış özbək alim, tərcüməçi Usman Kuçkardır.

Kitabın Özbəkistanın aparıcı kitabxanalarına, elmi və tədris müəssisələrinə paylanılması nəzərdə tutulub.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə