Son xəbərlər

 

Bugünlərdə İstanbuldakı məşhur “Ötüken” nəşriyyatı Xalq yazıçısı Elçinin “Sarı gəlin” adlı hekayə və povestlər kitabını yenidən çap edib. 

AZƏRTAC xəbər verir ki, yeni nəşrdəki əsərləri görkəmli türk ədəbiyyatşünası Yusif Gədikli tərcümə edib və kitaba “Ön söz” yazıb. Eyni zamanda, nəşriyyat da Xalq yazıçısı haqqında geniş təqdimat dərc edib. 

Təqdimatda deyilir: “Türk dünyası ədəbiyyatının ən seçilmiş yazıçılarından olan Elçinin bu kitabına bir-birindən gözəl on hekayəsi daxildir. Bu on hekayədə həyatın ən dramatik səhnələrindən ən fantastik anlarına qədər müxtəlif insani durumlar fövqəladə bir üslubla qələmə alınmışdır”.

Qeyd edək ki, Xalq yazıçısı Elçin Türkiyədə ən çox tanınan və nəşr olunan yazıçılardan biridir. Onun roman, povest və hekayələri, tədqiqatları, esseləri qardaş ölkənin bir çox nəşriyyatlarında dəfələrlə nəşr edilib. 

Yazıçının pyesləri Ankara, İstanbul, Konya, Ərzurum teatrlarında tamaşaya qoyulub və böyük uğur qazanıb. 

Onun yaradıcılığı haqqında monoqrafiyalar nəşr olunub, dissertasiyalar yazılıb. Ədib özü də Türkiyənin bir sıra universitetlərinin fəxri doktorudur.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə