İyunun 5-də Azərbaycanda VII Şairlər Günü qeyd olunacaq.

Hələ altı il əvvəl Gənc Şairlər Birliyinin rəhbəri şair Xəyal Rzanın təklifi və təşkilatçılığı ilə əsası qoyulan bu tədbir ötən illərdə daha geniş miqyasda, Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, İran və Rusiyadan dəvət olunan qonaqların iştiraki ilə keçirilib. Böyük Azəbaycan şairi, yeni Azərbayan şeirinin öncülü Mikayıl Müşfiqin doğum günüdür 5 iyun. Odur ki, (artıq 7 ildir) tədbirin təşkilatçıları məhz Müşfiqin adını daşıyan mükafatın şairlərə verilməsini məqsədəuyğun hesab edir. Şairlər Günün başqa bir özəlliyi isə şair və yazıçıların Müşfiqin rəmzi məzarına – Xəzər dənizinə gülsəpmə mərasimidir.

Bu ilki “Şairlər günü”ndə də Gənc Şairlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin, TİKA-nın, Türkiyə Səfirliyi Kültür və Tanıtma Müşavirliyinin, Dünya Gənc Türk Yazarlar Birliynin, Azərkitabın təşkilati dəstəyi ilə dünyanın müxtəlif ölkələrindən tanınmış şair və ədəbiyyatçılar, sənət adamları və musiqiçilər iştirak edəcək.

Bu il VII Şairlər Günü görkəmli Xalq şairi Məmməd ARAZIN əziz xatirəsinə həsr ediləcək. Bu il ilk dəfə olaraq Şairlər Günü bölgələrdə də qeyd ediləcək. VII Şairlər Günü iyunun 5-də Bakıda Beynəlxalq Muğam Mərkəzində, iyunun 7-də Beyləqan Mədəniyyət Sarayında Mücirəddin Beyləqaninin əziz xatirəsinə, iyunun 8-də Şabran Mədəniyyət Sarayında Xaqani Şirvaninin əziz xatirəsinə həsr ediləcək. Tədbirlərdə müxtəlif ölkələrdən dəvət edilmiş 20-dən çox şair və yazıçılar iştirak ecəcəklər. 

Bu gün bütövlükdə poeziyaya, həm də milli şeirimizin çox sevilən nümayəndələrinə olan hörmətin təzahürüdür. 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə