İyunun 7-də Beyləqan şəhərində XII əsr Azərbaycanın klassik şairi Mücirəddin  Beyləqaninin xatirəsinə həsr olunmuş   VII Beynəlxalq Şairlər Günü keçirildi. VII Beynəlxalq Şairlər günününə  Beyləqan rayon İcra hakimiyyəti başçısının birinci müavini Telman Məstanov, Azərbaycan Yazıçılar Birliyindən, Türkiyədən, Rusiyadan, Özbəkistan Respublikasından  gəlmiş  qonaqlar Həzrəti Cərciz Peyğəmbər ziyarətgahında olmuş, sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə və Mücirəddin Beyləqaninin abidəsi önünə gül-çiçək dəstələri düzmüşlər.

 

Tədbir Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Gənclər Mərkəzində  davam etdirilmişdir. Qonaqlar Gənclər Mərkəzinin foyesində qədim Beyləqanın  keçmişini əks etdirən eksponatlara baxmışlar. Azərbaycanın klassik şairi Mücirəddin  Beyləqaninin xatirəsinə həsr olunmuş   VII Beynəlxalq Şairlər Günü  münasibəti ilə tərtib olunmuş baner önündə xatirə şəkilləri çəkdirmişlər.

Tədbirdə Beyləqan rayonunun ziyalıları, ədəbiyyat müəllimləri, şair və yazıçıları, mətbuat işçiləri iştirak etmişlər.

Tədbiri Azərbaycan Yazıçılar Birliyinin (AYB) Beyləqan Bölməsinin sədri Asif Cəfərli  açaraq çıxış etmək üçün  Beyləqan rayon İcra hakimiyyəti başçısının birinci müavini Telman Məstanova  söz verdi. Telman Məstanov qonaqları Beyləqan rayon İcra hakimiyyəti başçısı cənab Vaqif Abdullayevin adından salamlayaraq şair  və yazıçılara uğurlar arzuladı.

Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin katibi, şair Xəyal Rza Beyləqanda isti, qonaqpərvər  qarşılandıqları üçün Beyləqan rayon rəhbərliyinə öz təşəkkürünü bildirdi. Xəyal Rza AYB-nin sədri, xalq yazıçısı Anarın salamlarını tədbir iştirakçılarına çatdırdı.  VII Beynəlxalq Şairlər gününün əhəmiyyətindən geniş və ətraflı bəhs etdi. Qeyd etdi ki, belə böyük tədbirlər adətən ölkəmizin paytaxtı  Bakı şəhərində  keçirilir. Beynəlxalq şairlər günü regionlarda ilk dəfə olaraq keçirilir. Sonra Xəyal Rza  AYB-nin Beyləqan Bölməsinin üzvlədindən Elman İsrafiloğluya və Rövşən Budağa Beynəlxalq Mikayıl Müşfiq mükafatını təqdim etdi. Çıxışını son dövrlərdə yazdığı şeiri ilə tamamladı.

Türkiyə İLESAM –ın başqanı Memet Nuri Parmaksız  çıxış etdi, Azərbaycan-Türkiyə dostluğundan geniş bəhs etdi. Ölkələrimiz arasında ədəbiyyatın , söz sənətinin inkişafından danışdı. İLESAM–ın Genel Başkanı Memet Nuri Parmaksız   Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayevə  ünvanlanmış   Türk Dünyası mükafatını  rayon İcra hakimiyyəti başçısının birinci müavini Telman Məstanova təqdim etdi.

O, eyni zamanda AYB-nin Beyləqan Bölməsinin sədri Asif Cəfərliyə Türküyə - Azərbaycan mədəniyyəti sahəsindəki  birgə əlaqələrinə və Türk Dünyası ədəbiyyatındakı xidmətlərinə görə  mükafatı da təqdim etdi.

AYB-nin Beyləqan Bölməsinin sədri Asif Cəfərli  XII əsr Azərbaycanın  görkəmli klassik şairi Mücirəddin Beyləqaninin həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış etdi. A.Cəfərli ona verilən bu yüksək mükafata görə İLESAM–ın başqanı Mehmet Nuri Parmaksıza dərin təşəkkürünü bildirdi.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, professor İmamverdi Həmidov son dövrlərdə fars dilindən tərcümə etdiyi  əsərlərdən söz açdı. Qeyd etdi ki, Mücirəddin Beyləqaninin Böyük Britaniya muzeyində  beş min beytlik külliyatı dilimizə tərcümə olunub xalqımıza çatdırılmalıdır. Bu barədə görüləcək işlərdən söz açdı.

AYB-nin Beyləqan Bölməsinin üzvlərindən Elnur Qarabağlı, Lalə Osmanqızı,

Səmədxan Beyləqanlı, Ağa Savalan, Rövşən Budaq, Vüsal Muxtarov, Eldəniz Kərəmoğlu, Elman İsrafiloğlu, Vəlyəddin Əhmədbəy, Bəhram Fərmanzadə, Əhməd Xalacoğlu  şeir söylədilər.

Sonra söz xarici ölkələrdən XII əsr Azərbaycanın klassik şairi Mücirəddin  Beyləqaninin xatirəsinə həsr olunmuş   VII Beynəlxalq Şairlər Gününə  qonaq gəlmiş  şair və  yazıçılara verildi.

Qonaqlardan Mehmet Kındap, Erdoğan Pamuk, Birdal Can, Yadigar Sarı, Durak Turan  Düz, Bilal Dilsiz, Şenses US, Yuksel  İsunkaya, Yurdanur Aybar öz şeirlərini söylədilər.

Tədbirin sonunda  qonqalara müasir Beyləqanın bu gününü əks etdirən disk və jurnal, Mücirəddin Beyləqaniyə həsr olunmuş kitab təqdim edildi və qonaqlarla xatirə şəkilləri  çəkildi.

 

AYB.az

 

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə