Son xəbərlər


“Ulduz” jurnalı ilə ayb.az saytının birgə layihəsi
İlham Abbasovun təqdimatında

Birinci Dünya müharibəsi illərində Nobel mükafatlarının təltifi və təqdimi ilə bağlı müəyyən problemlər ortaya çıxmışdı. Bu illər ərzində mükafatın rəsmi təqdimat mərasimləri keçirilməmiş və deməli, laureatlar ənənəvi Nobel nitqləri ilə çıxış edərək təmsil etdikləri sahələrlə bağlı ən vacib məsələləri dünya ictimaiyyətininə çatdırmaq imkanından məhrum olmuşdular. Bəzi illərdə isə ayrı-ayrı sahələr üzrə Nobel mükafatları, ümumiyyətlə, verilməmişdi.

Ardını oxu...


Alice Munro
( qızlıq familiyası Laidlaw)  ingiliscə yazan Kanada yazıçısıdır. O, 1931-ci il iyulun 10 -da Kanadada, Ontario şəhərində  doğulub.  Atası Robert Eric Laidlaw tülkü və samur ferması olan fermer olub. Anası Anne Clarke Laidlaw məktəbdə müəllim işləyib. Munro hələ yeniyetmə ikən yazmağa başlayıb, ilk hekayəsi  “ Kölgənin ölçüləri”   1950-ci ildə, o hələ  qərbi Ontario Universitetinin İngilis dili və jurnalistika fakültəsində oxuyarkən çap edilib. İki il oxuyandan sonra   universiteti tərk edir, tələbə yoldaşı olan James Munro ilə ailə qurur.   Univermaqda işləyən ərinin  işi ilə əlaqədar Dundareve şəhərinə köçürlər.  1963- cü ildə isə Victoriaya  köçüb orada  Munro Kitabları- adlı mağaza açırlar.  Hazırda həmin mağaza yenə də fəaliyyətdədir. Həmin illərdə o müxtəlif jurnallarda hekayələrini çap etdirir.

Ardını oxu...