Son xəbərlər

 

Bu günə kimi dünyanın müxtəlif ölkələrində təhlükəli sayılan kitablar var.

 

 

AYB.az Kulis.aza istinadən onlardan yeddisini təqdim edir.

 

Siyahıda birinci yerdə “İncil”dir. Teoloqların dediyinə görə, 52 ölkə rəsmi səviyyədə (Səudiyyə Ərəbistanı, Vyetnam, Kuba, Efiopiya və s.) “İncil”i qadağan edib.  Hətta 2009-cu ildə Şimali Koreyada 33 yaşlı qadın “İncil”i yaydığına görə edam olunub.

 

İkinci yerdə Salman Rüşdinin “Şeytan ayələri” kitabı gəlir. Əsər ona yaxın ölkədə (İran, Keniya, Sinqapur, Küveyt) yasaqdır.

 

Hələ də populyarlığını saxlayan Adolf Hitlerin “Mənim mübarizəm” kitabı da bir çox ölkələrdə qadağan olunub.

 

Den Braunun “da Vinçi kodu” da qadağan olunan əsərlər arasındadır. Kitab əsasən müsəlman ölkələrində yasaq edilib.

 

Sonrakı yeri amerikalı Uilyam Pauellin 1971-ci ildə nəşr olunan “Anarxistin aşpazlıq kitabı" tutur. Kitabda ev şərtlərində narkotiklərin, partlayıcı maddələrin necə hazırlanması yazılır.

 

Altıncı yerdə amerikalı yazıçı Bret İston Ellisin “Amerikalı psixopat” gəlir. Zorakılığın bol olduğu əsər Avstraliya və Yeni Zellandiyada yasaqdır.  

 

Sonuncu yer Lüis Kerrollun “Alisa möcüzələr ölkəsində” kitabına aiddir. Çində kitabı ona görə qadağan ediblər ki, burda heyvanlar insan kimi danışır.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə