Bu gün tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ədalət Əsgəroğlunun anım günüdür.
Ədalət Əsgəroğlu 1957-ci ildə Göyçay rayonunda dünyaya gəlib. Uzun illər Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 30 sentyabr 2013-cü ildə, 56 yaşında qəflətən dünyasını dəyişib. 
Allah rəhmət eləsin!
AYB.az Ədalət Əsgəroğlunun şeirlərini təqdim edir.

Ardını oxu...


Elmar Nurəddin oğlu Əliyev -
Vüqarlı  1986-cı ildə Gəncə şəhərində doğulub. Mirzə Şəfi Vazehin nəslindəndir. 2003-2007 cil illərdə “Azərbaycan” Universitetinin filologiya fakültəsində təhsil alıb. İlk şeirlər toplusu “Yanan sükut” 2006-cı ildə “Adiloğlu” nəşriyyatında kitablaşdırılıb. 2006-cı ildə misirli yazar Yusif İzəddin İsadan etdiyi çevrilərə görə “Misir Mədəniyyət Mərkəzinin Təşəkkür Plaketi” ilə təltif edilib.
Əsasən Batıda sufizmin yayılmasını araşdırır. 2010-cu ildə Batının ilk Mövləvi Şeyxi – dr. Kabir Edmund Helminskinin təqdimatı ilə Amerikada fəaliyyət göstərən “Threshold Sufi Cəmiyyəti”nin fəxri üzvü seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictimaiyyətin nəzərinə çatdırılmışdır.         Prezident təqaüdçüsüdür (2013). Eləcə də Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin XII qurultayının iştirakçısı olmuşdur.

Dövri mətbuatda şeirləri, tərcümələri və tənqidi məqalələri müntəzəm dərc edilir.   

Ardını oxu...