Son xəbərlər

 


Cavanşir Atəşi (Qocayev)
Daşkəsən şəhəri.


Türkiyədə Çanaqqala zəfərinin 100 illiyinə ithaf edilir

 


Azərim, Osmanlım, Turanlım mənim,
Yapanım, yaradıb-quranım mənim.
Ey canım, ürəyim, gözüm Türkiyəm!
Ey dostum, qardaşım, özüm Türkiyəm!

Əyilməz, sarsılmaz şah vüqarımız,
Haqq deyib hayqıran xilaskarımız.
Ey şəhid əsgərim, qazim Türkiyəm!
Sən ey qəhrəmanlıq yazım Türkiyəm!

Ey arxam, sipərim, qalxanım mənim,
Qarsım, Ərzurumum, Ceyhanım mənim.
Ey Məkkəm, Mədinəm, qibləm Türkiyəm!
Yürüşüm, hücumum, həmləm Türkiyəm!

İstanbul, Ankara, Ağrı dağımsan,
Ən qalib, ən igid Bayraqdarımsan.
Göylərə ucalan zirvəm Türkiyəm!
Ey yaylım atəşim, zərbəm Türkiyəm!

Ey ayım, ulduzum, səhərim mənim,
Qurtuluş uğrunda hünərim mənim.
Çağırışım, harayım, nərəm Türkiyəm!
Varlığım hər damlam, zərrəm Türkiyəm!

Qələbə mayakım Çanaqqalamsan,
Ən şanlı, əbədi zəfər çalansan.
Mustafa Kamalım Paşam Türkiyəm!
Sənindir gələcək yaşam Türkiyəm!

Yağı düşmənlərin gözünə oxsan,
Şükür ki, Tanrıya tək deyil, çoxsan.
Xoş əməl, xoş məram, niyyət Türkiyəm!
Ən ulu, ən cəsur millət Türkiyəm!

Mərdlik timsalıdır Ərdoğanların,
Əbədiyaşardır əhdin, ilqarın.
Ən sadiq silahdaş, sirdaş Türkiyəm!
Ədalət, inkişaf, çağdaş Türkiyəm!

Doğma Azərbaycan, ana vətənim,
Hər yana yayılsın qoy səsim mənim
Möhtəşəm, alınmaz qalam Türkiyəm!
Bayramın mübarək, salam Türkiyəm!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə