Son xəbərlər

 
Bu gün unudulmaz şair Nurəngiz Günün vəfatından iki il ötür... ayb.az Xalq şairi Nəriman Həsənzadənin NUrəngiz Günün itkisinə həsr etdiyi "Bir gözəl itirdin" şeirini təqdim edir. 

Əziz Jalə xanıma

 

Sən ana itirdin həyatda, qızım,

bir gözəl itirdin,

sən hətta, qızım.

Anan - özü boyda bir işığıydı,

şeir məclisinin yaraşığıydı.

 

O bir vaxt görmüşdü öz yuxusunu,

deyirdi -

           ağappaq göyərçin olub.

Axtar göyərçinlər içində onu,

bəlkə o yuxusu indi çin olub?

 

Durnalar dönəndə, bax diqqət ilə,

durnalar gedəndə uçubdu durnan.

Qaranquşa dönüb bəlkə o elə,

başqa bir ev seçib,

                              başqa bir eyvan?

 

O nurdan doğuldu, sözdən yarandı,

gün yaxdı, üfüqdə o nuru qaldı.

Nə yaxşı, ikidi şair həyatı, -

öz ömrü getdisə,

            söz ömrü qaldı.

 

Bu dünya bilinmir nədir, a qızım,

xatırla hər zaman şair ananı.

Hər gedən - dünyadan getmir, a qızım,

hər qalan da –

        tutub qalmır dünyanı.




Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə