Çağdaş ədəbi nəslin tanınmış nümayəndələrindən olan Narıngülün “ Qar çiçəyi” adlı yeni nəsr kitabı çapdan çıxıb. “Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr olunan kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı hekayələr və esselər daxil edilib.

Ardını oxu...


“13 hekayə-рассказов” kitabı çapdan çıxıb

Bakı, 9 oktyabr, SalamNews, K.Orxan. Nəzərli. Azərbaycan Yazıçılar, Jurnalistlər və Fotoqraflar Birliklərinin üzvü, SalamNews-un mədəniyyət şöbəsinin redaktoru Şirməmməd Nəzərlinin sayca 10-cu kitabı “ASPOLİQRAF” nəşriyyatında çapdan çıxıb.

Azərbaycan və rus dillərində nəşr olunmuş “13 hekayə-рассказов” kitabında müəllifin müxtəlif illərdə yazdığı hekayələrdən on üçü yer alıb. Yazıçı kitaba daxil etdiyi əsərlərini qısametrajlı fülmlər üçün nəzərdə tutub və bu mətnlərdə Azərbaycan xalqının milli adət-ənənələri, uzun illər boyu formalaşmış dəyərləri , özünəməxsusluq qabardılıb.

Rusiya həyatından bəhs edən hekayələr isə müəllifin bu ölkədə yaşadığı illərin bəhrəsidir.

Bildirək ki, Ş.Nəzərli üzvü olduğu yaradıcılıq birliklərinin ruhuna uyğun olaraq hər iki ildən-bir hesabat xarakterli təqdimat keçirir. Bu ənənəyə sadiq qalaraq o, dekabr ayında “Ölkə rəssamları bir arada” adlı foto sərgisini, həmçinin yeni kitabını təqdim etmək niyyətindədir.

- See more at: http://salamnews.org/az/news/read/146118#sthash.gzYum6Ra.dpuf

Azərbaycan Yazıçılar, Jurnalistlər və Fotoqraflar Birliklərinin üzvü, SalamNews-un mədəniyyət şöbəsinin redaktoru Şirməmməd Nəzərlinin sayca 10-cu kitabı “ASPOLİQRAF” nəşriyyatında çapdan çıxıb.

Ardını oxu...


            Adi iş günlərinin birində hörmətli tənqidçimiz Əsəd Cahangir məni salamlamaq üçün otağa girdi. Görüşdük. Stolumun üstündəki kitablarla maraqlandı. Bir-bir götürüb baxdı və yerinə qoyaraq soruşdu: "Cənnətdən yuxarı haradı?" "Mənim ürəyim" dedim. Gülümsünərək "Möminlərin ürəyi" deyib cavabımdan məmnun halda otaqdan çıxdı.

Ardını oxu...


Reyhan Yusifqızı (Şıxlinskaya)

“Riyaziyyat əyləncəli ola bilərmiş”, Bakı 2014, “Altun kitab” nəşriyyatı, 128 səh. (7-14 yaş)

Ardını oxu...


Reyhan Yusifqızı (Şıxlinskaya)

.“Xoşbəxt arı”, Bakı 2013, “Altun kitab” nəşriyyatı, 12 səh. (3-7 yaş)

Ardını oxu...


Reyhan Yusifqızı (Şıxlinskaya)

 “Aysu”, Bakı 2012, “Altun kitab” nəşriyyatı, 112 səh. (7-12 yaş )

Ardını oxu...