AYB TV


Son xəbərlər

 

Gənc yazıçı İlqar Kamilin “Ayrılıq” romanı işıq üzü görüb.

 

 

 Roman iki gəncin bir-birinə olan təmiz sevgisindən və onların qarşılıqlı münasibətindən bəhs edir. Bununla yanaşı, əsərdə hadisələr fonunda cəmiyyətimizdə aktual olan bir sıra məsələlər və problemlər də işıqlandırılmışdır ki, bu da əsəri daha da maraqlı edib.

 

Əsərdə mövzunun əsasında duran ayrılıq məsələsinə yalnız bu günə qədər çox istifadə olunmuş maddi həyat anlamında yox, daha çox metafizik müstəvidə yanaşılmışdır.

 

Kitab nəfis tərtibatla “Parlaq İmzalar” Nəşriyyatında işıq üzü görüb və artıq Bakı və Sumqayıtın kitab mağazalarında satışdadır. Həmçinin nəşriyyatdan bildirildi ki, “Ayrılıq” romanını onlayn şəkildə də aşağıdakı keçiddən sifariş etmək mümkündür və kitab bütün Azərbaycan üzrə pulsuz şəkildə çatdırılır:

 

http://goo.gl/forms/gWZ7pMmw9y

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

KÖŞƏDƏKİLƏR