NurəngizGünün işıqlı xatirəsinə
Sevgidən yoğrulmuşdu,
Sevgidən doğulmuşdu,
Elə sevgi üçün də
doğulmuşdu!
Məhəbbətlə baxırdı
Bu qarışıq, dolaşıq dünyaya!
Gözləriylə meydan oxuyurdu
Gündüzlər Günəşə, gecələr Aya!
Səsinə səs verirdi
hər dağ ,hər daş,hər qaya!
Nura, işığa dönüb
həyata can atdı!
Minlərin qəlbinə yatdı!
Minlərin qəlbində də
sevgi oyatdı!
Öz qalasını, dünyasını da
Sevgidən yoğurdu, sevgidən yapdı!
“Kədəri, qəmi çox baha alıb,
Sevgini, sevinci havayı satdı!”
Fəqət gec duydu,
gec anladı,
Qarşısına çıxan sevgilər
necə saxtadı!
Duyğusuz insanlar qəlbini oydu, qırdı,
yaralayıb, paralayıb qanatdı…
Dözmədi… dözə bilmədi
bu yalançı dünyaya…
Bir gün qoşulub Günəşə
sakitcə onunla getdi,
onunla batdı!
İndi göylərdədir!
Nuru, işığı, sevgisi, sözü-söhbəti
bizlərə qalıb…
Özüsə göylərdə…
əbədi yatdı…!