Son xəbərlər




AYB.az xəbər verir ki, iyun ayının 10-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Alsunun “Quş yuxusu” kitabının təqdimat mərasimi keçirilib.

Ardını oxu...

      Asta addımlarla  mətbəxə keçib,  üzümü pəncərəyə söykədim. Havanın necəliyini bilmək istəsəm də, qaranlıqda  heç nə görmədiyimdən pəncərəni açdım. Bir andaca içəri dolan soyuq  hava canımı  üşütdü. Yataq otağından yun adyala bürünüb geri qayıtdım. Soyuqdan və yağışdan gələn nəm havanı içimə çəkdim. Nədənsə  payız  gecələri  qəlbimi  kövrək hisslər çuğlayır. Ətrafa baxıram. İldırımın saçdığı  işıq zolağı zülməti bir andaca içində boğur. Yağışda qarşı binadan pəncərələrin işıqları ulduzlar kimi bərq vurur.  Üzümə  düşən  yağış damçıları  xəyallar qanadında uşaqlığıma aparır  məni...

Ardını oxu...



Bir gün nənəsi balaca Aslangilə qonaq gəldi. Aslan nənəsinin qucağına atıldı.

-Nənə, mənə nağıl danış.

Nənə gülümsünüb balaca nəvəsinin başını sığalladı.

-Yaxşı, mənim əziz nəvəm. Onda diqqətlə qulaq as.

Ardını oxu...



Lilli gölməçənin durulanmış yerindən su içmək istəyən bülbül ya xınlıqda astadan eşidilən “qurr...” səsinə səksəndi.

Ardını oxu...

Odun anbarına pıçapıç düşmüşdü.Anbardakı odunlar hamısı bir birnə dəymişdi.Zarafat deyildi 100 yaşlı qocaman palıd ağacını kəsib anbara atmışdılar.Görüləsi iş deyil deyı şam ağacı sözə başladı _həyətin qocaman ağacını bir günün içində məhv etmək!Şam ağacı öz kəsilməyini birtəhər qəbul edirdi hər nə olsa o heç kimin deyildi ,bəlkə də hamının idi ,çünki küçədə doğulmuş boyümüş sonra isə kimsə maqazin tikmək üçün onu mişarlayıb bura atmışdı.

Ardını oxu...