Son xəbərlər

 

Odun anbarına pıçapıç düşmüşdü.Anbardakı odunlar hamısı bir birnə dəymişdi.Zarafat deyildi 100 yaşlı qocaman palıd ağacını kəsib anbara atmışdılar.Görüləsi iş deyil deyı şam ağacı sözə başladı _həyətin qocaman ağacını bir günün içində məhv etmək!Şam ağacı öz kəsilməyini birtəhər qəbul edirdi hər nə olsa o heç kimin deyildi ,bəlkə də hamının idi ,çünki küçədə doğulmuş boyümüş sonra isə kimsə maqazin tikmək üçün onu mişarlayıb bura atmışdı.

 

Söhbətə çinar başladı dostlar mən hər zaman bu torpağın fəxri gözəli olmuşam,şairlər mənə şer qoşub bəstəkarlar mahnı bəstələyib.amma təəsüf ki,yadelli ağaclar meydana çıxanı bizlərə qarşı insanlar laqeydləşib.ətək -ətək pul xərcləyib uzaq ellərdən bura ağaclar gətirir zorla bizim iqlimə uyğunlaşdırmağa çalışırlar bağ bağçaların bəzəyi olan bizlər isə gözdən düşürük.Küknar dedi:Mən hər zaman yaşıl donumla ilboyu parkların yolları bəzəmişəm mənim aqibətim beləmi olmalıydı.Tut ağacı söhbətə qoşuldu hələ məni demirsiz mən təkcə gözəllik və yaxud meyvələrim üçün deyil bu ölkənin ipəkçiliyində böyük xidmətlərim olub.Həmin parçalar dünyanın dörd bir yanında satılaraq ölkəmizə şərəf gətirmişlər.

Bütün bu söhbətləri səbrlə dinləyən qoca palıd müdrükanə fikrə getmişdi.Ətrafdakılar ona nə qədər sual versələrdə palıd fikrən hələ çox illər əvvələ qayıdır.

Onu o həyətə hələ pöhrə olanda Kərim baba gətirib əkmişdi,qulluq edib böyütmüşdü.Palıd əzəmətli olurqoy həmişə həyətimzə meşələr şahı bəzək versin demişdi.Ah o keçən günlər palıd ah çəkdi ,100 il az deyil nələr gördüm o həyətdə.Kərim babanın beş övladına mənim budaqlarımdan beşiklər asılmış mən onların analarının layla səsını dinlərdim .Sonra körpələr böyüdülər məktəbə getdilər çox zaman dərslərini mənim kölgəmdə hazırlayardılar məndə onlara budaqlarımdan çətir tuturdum .Hələ mən isti yay günlırini demirəm bütün ailə hətta qonaqlar mənim kölgəmdə əyləşir deyib gülür əylənirdilər.O evin bütün xeyr işlırinə şahidlik etmişəm.Hələ evin ilk nəvəsi dünyaya dünyaya gələndə mənim kölgəmdə necə süfrələr açılmışdı.

Bir yay gecəsi Kərim baba mənim kölgəmdə gözlərini bu dünyaya əbədi yumdu. Kərim babadan sonra düzdü oğlu atasının sözünə əməl edir hər il yaz gələndə mənim ətrafımı belləyir gövdəmi ağardırdı.Müxtəsər,Kərim babanın nəvəsi evlənə qədər həyatımdan razı idim.Lakin evə gələn gəlin məni bəyənmədi .Ağaclar təcüblə nədən artıq sənin çətirin daha gözəl idi.Eh,dostlar məni dəbdən düşmüş adlandırdı .Dəbdən düşmüş? Bəli təəcüblənməyin,mən də elə bilirdim meşələrin ən əzəmətli ağacıyam demə mən artıq əcnəbi ağacların yanında dəbdən düşmüşəm .Bir gün yarpaqlarımdan şikayətləndi guya həyəti zibilləyirəm .Qərar verdilər məni yeni ağacla əvəz edəcəkdlər həmin ağacı alıb gətirdilər rəqibim olan ağacı görəndə təcübləndim hətta palma adlanan bu kobud ağaca da güldüm.Bu mənim kimi

qocaman oduncağı qiymətli ağacı əvəz edə biləcəkdimi?Əvvəl inanmadım bunlar məni bununla əvəz edər ümüdüm Kərim babanın oğluna idi lakin o da yaşa dolmudu onuda geridə qalmış adlandırdılar.

Bu gün səhər məni kökümdən qoparmaq istədilər nə qədər çalışdılar bacarmadılar sonra mişarladılar,indi də buradayam görək laqeqd insanlar məni haraya aparacaq.Ağaclar hamısı palıdın sözündən kədərləndilər.Ona təskinlik vermək üçün sözdə tapa bilmədilər.Palıd dedi eybi yox insanlar mənim qiymətimi bilməsələrdə mən ölənə qədər nlara xidmət edəcəm axı mənim oduncağım yaxşı istilik verir.

Səhər anbara bir neçə nəfər gəldi və ağacları gözdən keçirdilər hərəsini bir tərəfə qoydular, palıd ağacını maşınlara yüklədilər və harasa apardılar.Bir böyük binanın qarşısında dayananda palıd bildi ki,bura mebil fabrikidir:Artıq palıd mebel kimi insanlara xidmət edəcəkdi .Sevindiyindən qəhərləndi deməli qoca vaxtında kiminsə evinin bəzəyi olacaq üzərində süfrələr açılacaq bir ailənin övladları ətrafında dərs oxuyacaq!Demək palıd ölməyəcək!

Xanım Mehdixanlı

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə