Dekabrın 24-də nüfuzlu Beynəlxalq Moskva Ədəbiyyat Mükafatının 5 nominasiya üzrə 2016-cı il laureatları elan edildi. Moskvanın «Şaqal» klubunda keçirilən təntənəli mərasimdə laureatlara mükafatlar təqdim olunub. Sevindirici haldır ki, laureatlar arasında Azərbaycan yazıçısı Varis də var.

Ardını oxu...

Dekabrın 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış şair Ramiz Rövşənin 70 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbiri AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq şairlə dostluğundan, onun yaradıcılığından danışıb: “Böyük şairimiz, əziz dostumuz Ramiz Rövşənin 70 yaşı tamam olur. Haqqında çox yazmış, çox danışmışam. Yenə də qeyd etmək istəyirəm ki, Ramiz Rövşənin ədəbiyyatımız üçün gördüyü işlər, etdiyi xidmətlər əvəzsizdir. Bir şair, nasir kimi də, dost kimi də xüsusi yeri olan, əziz insandır”.

Ardını oxu...