XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, qələmi, ictimai fəaliyyəti ilə özünün ədəbi məktəbini yaratmış Səməd Vurğunun 110 illiyi qeyd olunur. Poeziyaya, sənətə vurğun olan bu söz dahisi ölkənin bütün ədəbi qurumlarında, təhsil ocaqlarında anılır. Martın 29-da isə Azərbaycan Yazıçılar Birliyində (AYB) Səməd Vurğunun anadan olmasının 110 illik yubileyi münasibətilə qələm adamları bir araya gəldilər.  AYB.az xəbər verir ki, öncə xalq şairinin Fəxri Xiyabanda məzarı ziyarət edildi. Daha sonra qurumun "Natəvan” klubunda Azərbaycanın ilk xalq şairi, əməkdar incəsənət xadimi olan Səməd Vurğun yaradıcılığı, şəxsiyyəti bir daha xatırlandı.

Ardını oxu...



zərbaycan Respublikası Baş Nazirinin müavini, xalq yazıçısı  Elçin Əfəndiyev  müasir Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri, şair, nasir, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Seyran Səxavətə 70 illik yubileyi münasibəti ilə təbrik teleqramı ünvanlayıb.  

Ardını oxu...