Yanvarın 7-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair, yazıçı, dramaturq İlqar Fəhminin çoxcildliyinin ilk dörd kitabının imza günü keçirilib. “Bu gündən dünənə”, “Nostalji”, “Sən kimsən, Səfəvi?”, “Son reportaj - bu kitabların hər biri müxtəlif janrda yazılmış bədii nümunələrdir.

Ardını oxu...



Şair,esseist, tərcüməçi Səlim Babullaoğlunun  adlı yeni kitabı çapdan çıxdı.

Səlim Babullaoğlunun verdiyi eksklüziv açıqlamada deyilir ki, Kitabı “Vektor” Beynəlxalq Elm Mərkəzi çap edib, naşiri  professor Elçin İsgəndərzadədir.

Ardını oxu...

Nurun, günün gizli sirri
Dalıb qəlbin dərininə,
Güclü qadının zəfəri 
Hopub zərif şeirinə.


Nurəngiz Günə həsr edilmiş "Bir bənd şeir"

Ardını oxu...

Dekabrın 21-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda tanınmış hərbi jurnalist, yazıçı-publisist Vahid Məhərrəmlinin "Kəsilməyən atəş səsləri” kitabının təqdimatı keçirilib. Tanınmış qələm adamlarının, tədqiqatçıların qatıldığı tədbiri giriş sözü ilə AYB-nin katibi, yazıçı İlqar Fəhmi açıb. Vahid Məhərrəmlinin yaradıcılığı, onun ədəbi və publisist fəaliyyəti haqqında ətraflı məlumat verən İlqar Fəhmi qeyd edib ki, Vahid Məhərrəmli əsasən Qarabağ mövzusu ilə oxucuların görüşünə gəlir. “O, Qarabağ ağrı-acısına canlı şahid olaraq, onu yaşayaraq bu dərdi sətirlərə töküb.Hərbdən, müharibədən yazan yazıçının masası səngər olmalıdır. Evdə, rahat şəraitdə oturub, pürrəng çay içə-içə müharibədən yazılmaz. Çünki oxucunu aldatmaq olmur. O, müharibə qoxusunu hər sətirdən anlayır, belə ağrılı məqamlarda müəllifin sarsıntılarını hiss edir”.

Ardını oxu...

Uzun müddət idi “Bir şeirin dedikləri” adlı silsilə yazılar yazırdım. Yəni, şeirə baxıb, onun dediklərinə dalıb təhlillər aparmaq ... necə olmasa da adamı yorurdu. Ancaq əsas məsələ bu deyil. Əsas nöqtə, əsas məqam, yəni olmalı olan nə idisə birdən göz önünə gəldi. Şeirin özüylə danışmaq, şeirin özüylə dialoqa girmək lazımdır. İki nəfərin dialoqu iki dilin, iki hissiyyatın və şeirə yönələn ayrı və fərqli baxışların dedikləridir hardasa. Həm də demədikləri. Hər halda bir şeir üstündə belə bir ortamın yarana bilməsi ümid doğurur.

 

Cavanşir Yusifli

 


Kulis 
ədəbiyyatşünaslar Samirə Məmmədli və Cavanşir Yusiflinin “Coratdakı balıqçı uşaqlarına ədəbiyyat dərsi” (Səlim Babullaoğlu, “Polkovnikə heç kim yazmır”, Bakı, “Mütərcim”, 2013, səh. 66-71) şeiri haqqında olan söhbətini təqdim edir.

Ardını oxu...