Son xəbərlər

 

Bu gün – noyabrın 23-də Vahid Əzizin 70 yaşı tamam olur.

Səhərdən başlayaraq saytlarda Vahid Əzizin açıqlamasıyla Azərbaycan Yazıçılar Birliyinin onu niyə təbrik etməməsi baradə ləyaqətsiz bəyanatlar verilir. Səbirləri çatmlr ki, heç olmasa günün ikinci yarısını gözləsinlər. Rəsmi təbrik isə “Ədəbiyyat qəzeti”nin növbəti nömrəsi üçün hazırlanır... Odur ki, Vahid Əzizin tələsib, təbrikin gecikməsi münasibətilə haray-həşir qaldırmasına, həmişə ona lazımi qayğı göstərən xalq yazıçısı Anar və xalq şairi Fikrət Qocaya təhqiramiz sözlər söyləməsinə ancaq təəccüblənirik.

Vahid Əzizi 70 yaşı münasibətilə təbrik edir və gələn yubileylərində hövsələli olmağı arzu edirik.  

Azərbaycan Yazıçılar Birliyi

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə