...Bir səs gəldi,
bir ürəyə “dayan” dedi, bir kərə.
Neçə misra
gözlərini
yumdu kitab-dəftərə...
Qələm sındı,
kəlam dostu
tutdu ömür orucu...
Gedən kimdi,
ağlayan kim?
Əcəl daşdı! – nə borcu!..
İzdihamın yoxdu sonu,
Sözlər verib əl-ələ, -
Bu gün şair yol üstədi,
Köç edir son mənzilə...
Afaq Şıxlı