Bir sevgi ol... Axşam məhəbbətlə yatırt səhər məhəbbətlə oyat Bir arzu ol... Gedək sakit bir dünyaya geyinib sehirli xalat
Bir günəş ol...
Hərarət ver səhər-səhər pəncərədən otağıma
Bir öpüş ol...
İsti nəfəs ötür mənə dodağından dodağıma.
Bir dəniz ol...
Sahil olum vur sinəmə hərdən-hərdən ləpələri
Bir yağış ol...
Baxım göyə narın-narın damlalarla islat məni
Bir külək ol...
Xoş gün üçün sovur göyə dərd-kədəri,qəm-qüssəni
Bir çiçək ol...
Həsrətindən bülbül olum ölənəcən sevim səni...
Bir kitab ol...
Dərk eyliyim bütöv səni oxuduqca səhifələri
Bir kağız ol...
Qələm olum sənə yazım qəlbimdəki cümlələri
Bir özün ol...
Nəzər yetir bu sevgiyə sən tərəfdən mən tərəfə
Bir də mən ol...
Nəzər yetir bu sevgiyə mən tərəfdən sən tərəfə.....
Şərh yaz