Xəyanət təkcə basqasını sevmək deyil
Həm də məni sevməməkdir, qadınım.
Ilk dəfə bunu tanrı etdı
Həvvanı sevdi
Arxasını ərinə çevirən qadının
Qarnındakı bəbəsini sığallaması da xəyanətdir,qadınım.
Sonra bunu İsa Məsih etdi
Insanları sevdi.
Qışın oğlan çağında yağmayan qar da
Hələ yarpağını tökməyən ağac da xəyanətkardır,
qadınım.
Daha sonra da insanlar başladı
Sevgi uydurdular özlərindən
Bir-birilərini sevdi
Indi bildin ki
Hansı xəstəlikdən ölüb kintavrlar,
qadınım,
Xəyanət tanrının xobbisidir,
unutma.