Həqiqət vərəqlərini sadaladı barmaqlarım,

Tez qurtardı.

Doğrunu salıb altına təpikləyir Ali Yalan,

O bacardı.

 

Bu savaşın nəticəsi bəlli oldu hər birinə,

Həftə sonu.

Uçurdular əlahəzrət, şah yalanın xatirinə,

Şar balonu.

Hər yalanın hədiyyəsi özü boyda yalan oldu,

Əyri oldu.

Doğruları yandırmaqçün icazə də alan oldu,

Xeyri oldu.

Qalaqlayıb, bir quyuya tökürdülər, üstlərinə

Qara torpaq.

Doğruların hökmdarın tulladılar ən dərinə,

“Öl ay axmaq”.

Ölüm baba qarşıladı meyitləri, hissə-hissə,

Bədən-bədən.

Şənlik idi, “xalq” sevinir, yoxuydu üzlərdə qüssə,

Nə ah çəkən.

Sona çatdı, həqiqətin, ədalətin rəngləri də,

Silindilər.

Yalanlarsa ayaq tutdu, dəstələrə, takımlara,

Bölündülər.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə