Arada narahat et məni,
Narahat etdim səni-de,
Mənsə o narahatçılıqdan sevinim,
Əlim ayağım dolaşsın...
Bir az bildirim,
Bir az gizlədim...
Kök salıb qəlbimdə həsrətin,
Kök salsın qəlbimdə həsrətin.
Arada narahat et məni...
Yaz... Yaz ki filankəslər var,
Sevgilim var, sevən var...
Yalan, gerçək yaz...
Mən də yazım,
Sevgilim var, sevən var....
Yalan, gerçək yazım...
Qısqandıraq bir-birimizi,
Qısqanaq bir-birimizi.
Uzaqdan yaxına,
Yaxından uzağa..
Arada narahat et məni...
Közərən ocaqlar kimi
Yana-yana sevinim,
Ayrılığı qana-qana sevinim,
Həsrəti dana-dana sevinim...
Bircə bilim...
Bircə bilim ki...
Nə bilim, bilirəm ki?
Ehhhh...
Bu qədər qürurlu olma,
Bulud olub, dolub qalma...
Yağ, yağ üstümə...
Damla-damla...
Aram-aram...
Arada narahat et məni...

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə