Bu da ki, bu ömrün görəcək günü,Sən də bir az gülüb, bir az ağla, keç.Öz doğma anam da bətnində məni,Doqquz aydan artıq saxlamadı heç... O adam ömrünü söküb aparıb,O adam qəbrini tikib bax belə...
Bu ölüm nə sirdi, büküb aparıb,
Daş altda basdırıb gəlirlər elə?!
Nə qədər dartsan da çatmaz ulduza,
Necə də gödəkmiş hamının dili.
Dur ayağını ver o əlil qıza,
Gəl səni çiynimdə aparım, ölü!...
Şərh yaz