Bu yolun içində sən,
Və bir də, qara kölgən.
Gəlməyənin yolunu,
Niyə də gözləyirsən?


Yol da uzanib gedir,
Əvvəli var, sonu yox.
Bu yol çoxun gətirər,
Amma, bilki onu yox.

Çünki o başqa yolda,
Bu yolla gələ bilməz.
Sənin kölgənin üstdə
O kölgə sala bilməz.

Bu yolda olsaydı o,
İndi coxdan gəlmişdi.
Bu yolda olduğunu,
Bilirsən ki, bilmişdi.

Sənin bu gözləməyin,
Bilki sənə qalacaq.
Gün dolanib batacaq,
Kölgən də yox olacaq.

Dur get indidən evə,
Get özünə gün ağla.
Ürəyinə qul olma
Yol seç daha ağlınla.

Gəlməyənin yolunu
Niyə də gözləyirsən?
Bu yolun içində sən,
Və birdə qara kölgən.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə