Insan oğlu,xoş gəlmisən!
Buyur qardaş,çıx başıma.
Yox,narahat olma qəti,
Çox gəlibdir,çox başıma.
"Qardaş"sözü zəmanətdi,
Bir dözümdü,dəyanətdi,
Başım sənə əmanətdi,
Yaxşı-yaxşı bax başıma.
Mənim əlim çatmır ora,
Sən çıxmışkən axtar-ara,
Göyə çatan arzulara,
Əl yetirib yıx başıma.
Yarımadım bəxt sarıdan,
Tapılmadı bir yarıdan,
Nə versələr "yuxarıdan",
Var gücünlə çax başıma.
Arzuları əz gözümdə,
Ümidləri üz gözümdə,
Öldür məni öz gözümdə,
Gülə-gülə sıx başıma...