Ömürdən yük götür bir az belinə

Yolun yarısında tükənə bilər

Düşəsən bir dəli külək əlinə

Gedəsən dünyanın sonsuzluğuna

 

 

Gedib gəlməyəsən özünə sarı

Ruhun da baş ala üzü yuxarı

Bir nəğmə qoşasan lap gecə yarı

İtmiş gəncliyinin arsızlığına

 

Nə bir külək əsə, nə sönə şamlar

Nə ömür tükənə, nə uça damlar

Görəsən evdədi bütün adamlar

Güləsən taleyin yalqızlığına!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə