Yazıçı «Camphood» yay məktəbinin iştirakçılarına kitabın və ədəbiyyatın insan həyatındakı rolundan danışıb

 

«Qobustan» dərgisinin baş redaktoru, yazıçı-dramaturq Pərvin «Camphood» Yay məktəbinin şagirdləri ilə görüşüb.  Müxtəlif yaş qruplarından olan uşaq və yeniyetmələr üçün təşkil edilmiş yay məktəbinin əsas məqsədi məktəblilərin tətil boyunca yeni bilik və bacarıqları əylənərək öyrənməsi, əldə etməsidir. Belə ki, ən müxtəlif mütəxəssis və məşqçilər yay düşərgəsində uşaqlarla maarifləndirici, öyrədici söhbətlər aparır, polemikalar üçün mövzular açırlar. Pərvin Nurəliyeva uşaqlara kitabların insanın özünüinkişafında rolundan söz açıb. Balacalar oxuduqları yaddaqalan əsərlər haqda fikirlərini bölüşüblər. Həmçinin onlarla uşaq pyeslərinin müəllifi kimi balacaların sifarişləri də yazıçı üçün maraqlı olub. Uşaqlar hansı mövzularda əsərlər, tamaşalar, filmlər gözlədikləri haqda düşüncələrini bölüşüblər. Həmçinin balaca istedadlar öz yazdıqları mətnlərdən, şeirlərdən bəhz edib, yazıçı ilə birgə  kiçik süjetlər qurublar. Sonda Pərvin Nurəliyeva Azərbaycan və rus dillərində kitablarını və «Qobustan» toplusunun son saylarını uşaqlara hədiyyə edib və iştirakçılarla xatirə fotoları çəkdirib. 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə