Noyabrın 28-də, Azərbaycan Yazıçılar Birliyində Türkiyə Yazarlar Birliyinin rəhbərliyi ilə görüş keçirilib. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar qonaqları salamladıqdan sonra Yazıçılar Birliyinin  fəaliyyəti haqqında məlumat verib. Türkiyə Azərbaycan ədəbi əlaqələrindən söz açan AYB sədri bu əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu həyata keçirilmiş müxtəlif layihələrdən danışıb. Səlim Babullaoğlu ədəbi əlaqələrin inkişafı üşün memorandum imzalanmasını təklif edib. Daha sonra Türkiyə Yazarlar Birliyinin fəxri sədri D.Mehmet Doğana və Birliyin sədri Porf. Dr. Mehmet Kazım Arıcana Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvülük vəsiqəsi təqdim edilib.

 

AYB.az   

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə