-   Anaaa!!! Ataa!!!  Qardaşşş!!!  Hardasınız???  - Səs dağlara dəyib əks-səda verirdi.- Gəli-n-nn! Mən Laçındayam!!! Evimizdəyəm!... Evimizdə!!! Eşidirsizmi!??? Sizin Laçın balanız Laçındadı!!! Axır ki Laçına qayıtmışıq! Qayıtmışıq,  heyyy! Görürsünüzmü məni?! - Haray səsindən dağlar, daşlar lərzəyə gəlmişdi. - Məni tək qoymayın bu ulu dağların arasında...  gəlin!! - Laçın xanım evimiz dediyi yalnız  karkası qalmış dörd sutundan birini qucaqlamışdı. – Anaa, evimiz yerlə yeksandı, ana... İsti yuvamız kol-kos olub, ata!!! Gəlin, gözlərinizlə görün!!! Bu evi biz necə zülümlə, əzab-əziyyətlə tikmişdik... O daşların çoxunu mən daşımışdım  indi qurumuş bu əllərimlə... Səsimə səs verin,  heyyy!!! Mən bu doğma evimdən ermənilərin əlindən baş götürüb qaçanda evin təp-təzə pəncərələrinin təp-təzə pərdələrini  çəkib örtmüşdüm. Təzə qapını ehtiyatla qıfıllamışdım  ki, üstünə cızıq düşməsin!  Bir neçə günə qayıdarıq, demişdim... Açarları  hələ də çibimdədi! Otuz ildi o açarları üfürə-üfürə qoruyub saxlayıram.... Heç ev-yuva üzü görməyəsən səni ay evləri, yuvaları yıxan erməniii! – Dağlar səsdən, haraydan,  hıçqırıqdan boğulurdu  sanki...   əks etdiyi nalənin ağır uğultusu eşidilirdi.

                                

                                        Heyyy...  Ulu dağlar...

                                        Bağlandı yolun, dağlar...

                                        Köçdü oban, irmağın...

                                        Yox oldu Elin, dağlar!!! –

Sanki günahkar  dağlarmış kimi onlara  üz tutan Laçın xanım  gah dizlərinə döyürdü, gah da saçlarını yolurdu...

... 80-illər Laçının – bu rayon mərkəzinin də xoşbəxt, firavan, cənnətməkan vaxtları idi. Dağların sinəsi  boyunca yeni daş evlər tikilirdi. Üstü boz şiferli  ikimərtəbəli evlərin əksəriyyəti  yeni nəslin qurduğu ocaq-yuva idi. Onda Laçın xanımın  on səkkiz yaşı vardı. Bakıda Tibb məktəbində oxuyurdu. Bu adı da ona babası vermişdi, - Laçın dağları qədər ömrün uzun,  gözəl  olsun, qızım,  - demişdi. O xoşbəxt günlərdə  Laçın hər   Bakıya gedib gələndə qonşuları Ariz onu qarşılayıb yola salırdı: “Ay Laçın, can Laçın, gəl  səni alım, qaçım! Nə olar?!” Məktəbi bitirən  kimi də  elçiləri qapılarını döymüşdü. Payızda el adətiynən toy etdilər. Sonra da hər ikisi əl-ələ verib  gecə-gündüz çalışdılar,  bu dağın ətəyində özlərinə  ikimərtəbəli göz oxşayan  ev tikdilər. Üzü qışa getdiyindən birinci mərtəbəni hazırlayıb ora köçdülər.

-         Hər kəsin öz odu-ocağı  olmalıdı, qızım, hər kəsə öz yuvası şirindi, - demişdi qaynənəsi. – Yazda havalar istiləşəndə biz də kömək edərik, ikinci mərtəbəni də hazırlayarsız, yayı ora köçərsiniz.. sərin olacaq...

 Amma... o yaz gəlmədi... O yaz Günəş doğmadı, Ay görünmədi...  Yaz əvəzinə  dəhşət  gəldi... Qan-qada gəldi, od-alov gəldi... O yaz dünyaları dağıldı. Ellər, obalar pərən-pərən düşdü...  Yersiz, yuvasız, dinsiz-imansız ermənilər  gəldi... Yerli qaçç... – dedilər!!!  Laçın şəhərinin bütün kişiləri məhlə-məhlə bölünüb   evlərinə, ailələrinə, qız - gəlinlərinə qarovul çəkirdilər. Ermənilərin qəfil basqınlarının qarşısını almaq üçün gecə-gündüzü çöllərdə, dağlarda, dərələrdə, daşların dibində yatıb dururdular.   Amma olmadı... Bu hiyləgər, fitnəkar, xain, murdar  məxluqların hücumlarının qarşısını ala bilmədilər... 1992-ci ilin feralında baş verən Xocalı faciəsindən sonra xalqla dövlət arasındakı uçurum daha da dərinləşdi... Dövlətin dəstəyini, köməyini görməyən Laçınlılar da Laçını tərk etməli oldular. Mayın ortalarından başlayaraq laçınlılar ailəsini-uşağını götürüb  hara gəldi qaçırdı. Onsuz da ruhdan düşüb şəhəri tərk edən dinc əhalini ermənilər qılıncdan keçirdilər... yüzlərlə əsir düşən qız-gəlindən, əhaliyə qarovul çəkən, erməniərin yolunu kəsən kişilərdən, oğullardan hələ də bir soraq yox... Laçınının atası, qaynatası, qardaşı, can yoldaşı, qayınları hələ də itgindilər. Bəlkə də ermənilər onları elə o vaxt hardasa güllələyib  basdırıblar...

...Laçın xanım hıçqıra-hıçqıra sutunlara, həyətdəki kol-kosa sığal çəkirdi. Susuzluqdan, insan hənirindən, qayğısından uzaq düşmüş ağaclar ayaq üstə quruyub ölmüşdülər. Ürək dağlayan bir görkəmi, mənzərəsi  vardı buraların.  Arabir Laçın xanım  Laa-çınn!- deyib  qıyya  çəkir, keçən günlərini çağırırdı:

-                    Mənim cavanlığım, xoşbəxt günlərim, atalı-analı illərim,  hardasınız?? - Onu   sakitləşdirmək  istəyən  qız-gəlinləri Qoşqar müəllim geri çağırdı, - dəyməyin, qoyun ürəyini, otuz ilin tıxanmış ağrı-acısını boşaltsın.- dedi.- Asan deyil,  iki böyük  nəsildən qalan tək-tənha bu qadındı. - “Amma ürəyi dayanmasa yaxşıdı”, - düşünən  Qoşqar kişi Laçın xanımı bura gətirməyinə  çox peşman olmuşdu. Bu dağılmış, köhnə qəbristanlığı xatırladan yurd yerlərinə gəlib baxan kişilər heç dözmür. Bütün qohum-əqrəbasını  müharibədə itirən bir qadın necə dözsün?

Neçə vaxt idi ki, bir neçə  laçınlı gənclər, orta yaşlı laçınlılar Qoşqar müəllimin yanına gəlib gedirdilər ki, qabağa düşsün, qanuniləşdirsin,  onlar da gedib Laçını görsünlər. Düzdü, qanunsuz, gizlin gedib gələnlər vardı. Amma mina təhlükəsi olduğundan Qoşqar müəllim risk eləmirdi. Nəhayət Prezidentin – Ali Baş Komandanın “Laçın artıq bizimdi!”- çağrış - elanından sonra o da getməyə qərar verdi. Qonum, qonşu laçınlılar yığışdı, iki maşınla Laçına üz tutdular. Amma gərək hələ gəlməyəydilər. Bir az da dözüb  gözləsəydilər... Onsuz da qoyub getdikləri Laçın yox idi!  Sanki heç olmamışdı... Al-yaşıl dağların qoynundakı kirəmitli, şiferli evlərin  yalnız dağılmış daşları ağarırdı....

 Kişi  bir daşın üstünə çökmüşdü,  qarşı dağlara baxırdı... Xəyalı isə onu çox-çox uzaqlara , ağır keçmişə aparmışdı...

 Bu sərsəm erməni başçıları özgə torpaqlarından Böyük Ermənistan dövləti  yaratmaq  istəyir. Yerli əhalini qıra-qıra, qova-qova ilk başda istəklərinə nail olublar da... Ermənistan dövləti Azərbaycan torpaqlarında yaranmayıbmı?  Üç əsrdi ermənilər qarış-qarış Azərbaycanı zəbt etməkdədi... Əhalisini qırmaqdadı... 19-cu əsrin üzqarası- Gülüstan, Türkmənçay müqavilələri, 20-ci əsrdə 1918-ci il, 1948-ci il, 1988-ci il... faciyələri... minlərlə azərbaycanlı məhv edildi. Bu ideyanın kökünü kəsməyin, onu yaşadan, nəsildən nəslə ötürən “Vətənpərvər” ermənilərin  məhv etməyin bir  yolu olmalıdı axı ... Dadanannan, quduranın  amanı-imanı  olmaz,  imkan düşən kimi ömrünü çalıb, yurdunu da yağmalayar... Necə ki minlarlə insanı  yox etdilər... Təkcə azərbaycanlıları deyil, öz erməni gəncliyini də məhv elədilər... Guya Böyük Ermənistan dövlətinin yolunda qurban veriblər... Deyəsən Hitlerin sözüdü. Böyük Almaniya yaratmaq istəyərkən “İldırımsürətli müharibə” planını işləyib hazırlayanda gələcəkdə onun yolunun üstündə dayanacaq, planını pozacaq millətlər haqqında   çox maraqlı fikirlər  söyləyib. Böyük xəyalpərəst  faşist,  ermənilər haqqında deyib: bu araqarışdıran, xayin  millətin kökünü bütövlükdə  kəsmək lazımdı. Yalnız birini qurudub aptekdə saxlamaq olar. Gələcək nəslə onların görkəmini  göstərmək üçün! Maraqlıdı, deyilmi? Bütün Avropanı tutmaq istəyən bir faşist digər  faşist – dənizdən dənizə özgə torpaqlarında Böyük Ermənistan yaratmaq istəyən ermənilər  haqqında danışır. Tarixdə dünya ağalığına can atan sərkərdələr çox olub – Makedoniyalı İsgəndərdən tutmuş  Hitlerə qədər... Nəticəni isə tarix özü göstərdi ki, bu mümkün deyil. Çünki hər bir xalqın, millətin əsrlərlə formalaşmış  öz ərazi dairəsi var... Bu dairənin içində həmin xalqın dili, mədəniyyəti, tarixi, kökü-köməci yaşayır.  O dairəni keçmək olmaz! Əgər keçərsən ya o dairənin içində əriyib itərsən bir xalq olaraq, ya da ordan əzilib çıxarsan! Yəqin ki, gələcək Azərbaycan nəsli erməniləri Göyçədən, İrəvandan da  kürüyüb  hardasa çıxdıqları mağara-deşiklərə qədər qovacaqlar... Ən yaxşı halda bu “Erməni dövləti” anlayışını ləğv etmək lazımdı. O qədər xalqlar, tayfalar  var ki, öz dövləti yoxdu, hansısa dövlətin tərkibində sakitcə yaşayırlar... Bir halda ki, sən həm öz xalqını, həm də başqa xalqları məhv etmək yolunu tutmusan, sənin qaniçən dövlətin kimsəyə, heç öz xalqına da gərək deyil!  - Qoşqar müəllim dərindən nəfəs alıb ayağa qalxdı. Bir az uzaqlarda ermənilərin köçüb gedərkən yandırdıqları evlərin tüstüsü görünürdü. Burum-burum burulan tüstü  ərşə dirənmişdi. - Yandırın-yandırın. Onsuz da,  ay donuz otaranlar, siz yaşadığınız evlərdə kimsə yaşamayacaq! - Qoşqar kişi ürəyində deyindi. Amma bir həqiqət-fakt da vardı. Qoşqar müəllim bu yerdə onu da xatırlamaya bilmədi. Əvvəllər Laçında  ermənilər çox  az olub. 70-80-ci illərdə - Sovetlərin Qızıl dövründə hər yerdə olduğu kimi Laçında da quruculuq işləri gedirdi. Köhnə qara kərpic evləri söküb yerində ağ daşdan evlər tikirdilər. Onda ermənilər usta, fəhlə kimi qapı-qapı gəzib yaxşı ev tikəcəklərini təklif edirdilər. Əksər insanlar bu təklifi qəbul edirdi. İnsafən də, onlar gecə-gündüz bilmədən çalışırdılar ki, bu evi tez qurtarıb başqalarının da evini tiksinlər. Bu müddət ərzində isə elə həyətlərdə olan əl damlarında yatıb, dururdular. Sonra bu işə yarayan ermənilərə də torpaq sahəsi ayrıldı, dağların döşündə onlar da özlərinə ev tikdilər. Beləcə bu axarlı-baxarlı dağlar ermənilərə də qucaq açdı... Laçındakı evlərin bəlkə də çoxunu  Qavroş adlı bir erməni usta tikmişdi. Axı bu usta erməninin nəyinə lazımdı Böyük Ermənistan?! Ailəsini, uşağını saxılamaq üçün onun bir parça çörəyə ehtiyacı vardı, onu da  bu dağlarda qazanırdı... Deyilənlərə görə erməni ordusu Laçını tutanda əsir götürdükləri lacınlılarla birgə Qavroşu da güllələyiblər. - Sən erməni deyilsən!- deyiblər...  Bax belə!!! Düşünmək... Düşünmək gərəkdi... Erməni dövləti ləğv olunmasa Böyük Ermənistan xülyası hələ çox xalqları, millətləri məhv edəcək, Qafqazda sakitlik, dinclik, əmin-amanlıq yaranmayacaq... Bunun üçün isə  deyəsən bir 44 günlük müharibəyə  də ehtiyac olacaq!..

 

                                                  ... Ünlü dağlar,

                                          Ay qara günlü dağlar!

                                          Qaytar əzizlərimi,

                                          Dumanlı, çənli dağlar!!! –

 

... Laçın xanım hələ də dizlərinə döyə-döyə bayatı çəkir, 90-cı illərdə itirdiyi əzizlərini haraylayırdı ...

... Qoşqar müəllimlə gələn digər dəstə  üzvüləri  bu xarabalıqda öz doğma evlərinin heç olmasa bir qırığını,  söküyünü, talanmış bağ-bağçalarının bir izini, kolunu axtarırdılar. Göz yaşları selə dönmüşdü...

... Yanğın indi də  evlərdən  ağaclara, meşələrə keçmişdi... Qırmızı alov tüstünü əvəzləmişdi... dağların cərgəsiynən sanki yer də,  göy də yanırdı...

.... - Qoy yansın hər şey, evlər də, ağaclar da... ermənilərin izi, tozu, nəfəsi də qalmasın bu müqəddəs torpaqlarda, yanıb kül olsun! Yaxşı ki, özləri yandırıb gedirlər... Bu xalqla bütün körpülər, əlaqələr, münasibətlər, ket-gəllər beləcə yansın və qurtarsın! - düşünürdü Qoşqar müəllim. - Cünki başqa yol qoymadılar bu zatı, kökü qırıq nankorlar! Amma,  çox çəkməyəcək,  bu  dəli-dolu dağlarda dəli yağışlar yağacaq,  yanğının izlərini də, külünü də  yuyub aparacaq, yeni pöhrələr, yeni ağaclar əkiləcək, yeni evlər tikiləcək və  Laçının laçınlı günləri yenidən  başlayacaq!.. Daha nə qalıb ki?!!

Avqust  2022

Aeroportda İstanbul-Bakı reysinin sərnişinlərini gözləyənlər arasında Sevil, atası, anası, kiçik əmisi, bibisinin əri də var idi. BDU-da oxuyan Sevil şərq gözəliydi, - qara, uzun saçlar, badamı gözlər, uzun kirpiklər öz yerində, dar şalvar və kofta geyməklə sanki ətrafdakılara deyirdi: bilin, tək sifətcə yox, bədəncə də gözələm. Kişilərin əksəriyyəti gözünü çəkə bilmirdi ondan. Bir-iki şairqəlbli isə fikirləşirdi ki, bu qız makiyajsız dünya gözəlidi, gör, dodağına azca boya, kirpiklərinə tuş vursaydı, gözümüz qamaşardı yəqin. Özü də ona yönələn aramsız sırtıq baxışları hiss etdiyindən, həmişəki ədasının dozasını bir az da artırmışdı: elə bilirdi tualetə gedəndə mütləq dikdaban ayaqqabılarını taqqıldatmalı, burnunu dik tutub gözünün ucuyla heç kimə baxmamalı, yeri gəldi-gəlmədi, bahalı gözlüyünü brend adı yazılan tərəfindən tutub ("Qoy görsünlər ki, Dolçe Qabanadandı") bir az yuxarı qaldırmalıdı. Arada ətrafa nəzər salırdı, özlüyündə tez qərar verirdi ki, burdakı qızlardan heç biri mənə çatmaz, oğlanlardansa mənə layiq olanı yoxdu.

Ardını oxu...


 ...Bircə söz yazılmışdı önündəki qapının üzərinə. Onun üçün Qarabağ təkcə söz deyildi. Ona görə əl atıb açdı qapını. Ürəyi atlandı doğma sözün havasından. Elə bildi qapını açanda doğma   torpağa qədəm basacaq, şəhid atasının qəbrini qucacaq, dəmir vaqonda qəriblikdə can verən anasının laylasını duyacaq. Nə biləydi başına gələcəkləri...

Ardını oxu...