Son xəbərlər

 



Tanınmış yazıçı İlqar Fəhmi Azərbaycan Yazıçılar Birliyinin  katibi vəzifəsinin icrasına başladıqdan sonra “Ulduz” jurnalında  bir sıra dəyişikliklər baş verib. Belə ki, yazıçı Təranə Vahid “Ulduz” jurnalının baş redaktor müavini,  yazıçı-ssenarist Vüsal Nuru  nəsr və poeziya şöbəsinin redaktoru vəzifəsinə  təyin edilib.

 

Xatırladaq ki, Təranə Vahid 1971-ci ildə Laçın rayonunun Mişni kəndində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Azərbaycan gəncləri”, “Panorama”, “Gün səhər”, “Mədəniyyət” qəzetlərində işləyib. 2005- 2009-cu illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor və böyük redaktor vəzifələrində çalışıb. 50-dən artıq ədəbi-bədii verilişin, o cümlədən “Carçıfilm” Yaradıcılıq Birliyində  lentə alınan  “Qismət”  adlı bədii, “Müdriklik çadırı- Ömər Xəyyam”, “Çörək haqqı”, “Şirvanşahlar” sənədli televiziya filmlərinin ssenari müəllifidi. Həsən bəy Zərdabi mükafatçısıdır.

“Cənnətdən yuxarı...” adlı nəsr kitabının müəllifidir.

Vüsal Nuru 1981-ci ildə anadan olub. Müxtəlif mətbuat orqanlarında və televiziyalarda çalışıb. Gəncə Dövlət Unuversiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

 “Yağış damlasıyam”, “Eybəcərlər adası”, “999” “Prezidentin qızı” kitablarının  müəllifidir. Əsasən fantastik ədəbiyyat nümunələriylə diqqəti cəlb edir. Dövlət sifarişiylə çəkilən 5 seryalın ssenari müəllifi, 2 qısa metrajlı filmin ssenarisi və rejissoru olub. 


AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə